Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 02:11

İran nüvə danışıqlarına sərt mövqe ilə qayıdır


Əli Bageri Rusiya nümayəndələri ilə görüşdə
Əli Bageri Rusiya nümayəndələri ilə görüşdə

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib ki, Tehranın üzərindəki sanksiyalar qaldırılmadan sazişə qayıdış mümkün deyildir

2015-ci il İran nüvə sazizişinin dirçəldilməsi üçün Vyanada aparılan beynəlxalq danışıqlar noyabrın 29-da beş aylıq fasilədən sonra bərpa olunub.

Bu danışıqlarda üzbəüz görüşməyən ABŞ və İran rəsmiləri fərqli mövqedə qaldıqlarını bir daha təsdiqləyiblər.

2015-ci ildə İran və dünya gücləri – Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya, Çin və Rusiya arasında imzalanmış saziş Tehranın öz nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində İran üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Lakin 2018-ci ildə keçmiş prezident Donald Tramp öz ölkəsini birtərəfli qaydada bu sazişdən çıxardıqdan sonra, Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub və İran da öz növbəsində saziş üzrə öhdəliklərindən geri çəklilib.

ABŞ-ın yeni prezidenti Co Bayden ABŞ-ın yenidən 2015-ci il sazişinə qayıtması niyyətini bəyan edib, lakin bildirib ki, Vaşinqton İranın öz öhdəliklərinə tam qayıtmasını gözləyir.

Tehran isə israr edir ki, ilk addımı ABŞ atmalı və onun üzərinə 2017-ci ildən bəri qoyulmuş bütün sanksiyaları qaldırmalıdır.

Iran polisi etirazçıların meydanda qurduğu çadırları dağıdıb
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Separat danışıqlar

ABŞ-ın Vyana danışıqlarındakı nümayəndə heyətinin rəhbəri Robertt Mali bəyan edib ki, Tehran özünün sərt mövqeyində qalarsa, Birləşmiş Ştatlar da müvafiq tədbirlərə əl ata bilər:

"Əgər İran bu məqamda həqiqətən də bu seçimi edərsə, yəni sazişin şərtlərinə qayıtmamaq seçimini edərsə, onda biz də İranın nüvə ambisiyalarını cilovlamaq üçün diplomatiya və ya başqa vasitələr də daxil başqa tədbirlərə baxacağıq”.

Buna baxmayaraq İran hələ də barışmazlıq nümayiş etdirir.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib ki, Tehranın üzərindəki sanksiyalar qaldırılmadan sazişə qayıdış mümkün deyildir:

"Birləşmiş Ştatlar belə bir faktı başa düşmür ki, bütün sanksiyaların tam və yoxlanılacaq bir şəkildə qaldırılması olmadan sazişə qayıdılması mümkün deyildir. ABŞ keçmişdə baş vermiş acı təcrübənin təkrar olunmayacağına dair qarantiya vermədən bu sazişə qayıdılması mənasız olardı”.

Avropa İttifaqının baş nüvə danışıqçısı Enrik Mora bundan əvvəl yazdığı tvitdə bildirirdi ki, Avropa və ABŞ danışıqçıları ilə müzakirələrdədir və bundan əvvəl İran, Rusiya və Çin nümayəndələri ilə görüşüb.

Vyana danışıqlarında İran hələki ABŞ-la bir masa arxasında əyləşmək istəmir. İki ölkə arasında vasitəçilyi Avropa İttifaqı edir. Danışıqlar iyun ayında mühafizəkar İbrahim Rəisi prezident seçiləndən sonra dayanmışdı.

Iranda pandemiyanın yeni dalğası başlayıb
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Şübhə və gözləntilər

Bu arada Qərb İranın uranın zənginləşdirilməsində xeyli irəli getməsindən narahatdır. ABŞ və onun Avropa müttəfiqləri İranın danışıqlara qayıtmaq vədlərinə artıq şübhə ilə yanaşırlar.

İran rəsmiləri isə israr edirlər ki, ölkənin nüvə proqramı dinc səciyyə daşıyır və Tehran nüvə silahı istehsal etmək niyyətində deyil.

Mora, habelə Rusiya və Çin nümayəndələri ilə görüşdən sonra İranın baş nüvə danışıqçısı deyib ki, Vyana danışıqlarında, çox ehtimal, “danışıqların formatı və vaxt bölgüsü” müəyyənləşdiriləcək.

İran xarici işlər nazirinin müavini Əli Bageri deyib ki, danışıq raundlarının vaxtını əvvəlcədən demək mümkün deyil.

Avropa İttifaqı isə bildirib ki, danışıqlarda ABŞ-ın sazişə mümkün qayıdışının müzakirələri də davam etdiriləcək.

ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton sazişə qarşılıqlı qayıdışın tez bir zamanda hasilə gələ biləcəyinə hələ də ümid bəsləyir.

Rəsmi Tehran isə ABŞ-ın bu sazişdən bir daha çıxmayacağına dair qarantiya istəyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG