Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

İranda tələbə qızları hicab dərslərinə məcbur edirlər


Tehran, 26 fevral, 2023-cü il
Tehran, 26 fevral, 2023-cü il

İranda onlarla qadın tələbə hicab qanununa “düzgün” əməl etmədiyinə görə “məcburi konsultasiya sessiyalarında” iştiraka məcbur edilir. Məlumatı İranın akademik qrupu yayıb.

Ötən ilin sentyabrında 22-yaşlı Məhsa Əmini hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib və bundan sonra minlərlə iranlı küçələrə çıxaraq azadlıq, qadın hüquqlarının təmin olunmasını tələb etməyə başlayıb.

Özəlliklə Tehranda universitetlərdə saysız etirazlar keçirilib, bir çox tələbə dərslərə girməkdən imtina edib. Etirazçı tələbələr “Qadın, həyat, azadlıq”, “Diktatora ölüm” şüarları səsləndiriblər. Bəzi qadın tələbələr hicablarını çıxararaq yandırıblar.

Tələbələrə bildirişlər göndərilir

İran Tələbələri Birliyi Şurası bildirir ki, Şiraz Universitetində tələbələrə göndərilən bildirişdə “hicabın çıxarılması və düzgün tələbə geyimində olmamaq” “pozuntu” kimi qeyd olunur. Tələbələrin məcburi konsultasiya üçün universitet rəhbərliyi ilə əlaqə saxlaması istənilir.

Şura digər universitetlərdə oxşar addım atıldığını bildirib. Tehrandakı Soore Universitetində qadın tələbələr qrupuna göndərilmiş mesajda onları “məcburi mədəniyyət düşərgəsi”ndə iştiraka dəvət edirlər.

Son həftələr etirazçı tələbələri dəstəklədiyinə görə bəzi universitet professorlarının işdən çıxarılması xəbərləri gəlib.

İranda universitetlər və tələbələr uzun müddət daha böyük sosial və siyasi azadlıqlar uğrunda mübarizənin önündə gediblər. 1999-cu ildə tələbələr islahatçı qəzetin bağlanmasına etiraz ediblər. Tehran Universitetinin yataqxanalarına zorakı reydlər zamanı bir tələbə öldürülüb.

HRANA xəbər agentliyinin məlumatına görə, yanvarın 26-dəl ən azı 700 universitet tələbəsi həbs olunub.

Tətil edən fəhlələr saxlanıb

İran Fəhlələrinin Azad Birliyinin məlumatına görəsə, İsfahan Polad Şirkətinin bir neçə fəhləsi həbs olunub. Onlar sənaye kompleksinin ərazisində özlərinin iş şəraitinə etiraz yürüşlərində saxlanıblar.

Polis ölkənin üçüncü polad istehsalçısı olan zavodun yüzlərlə işçisinin etirazını yatırdıb. Fəhlələr fevralın 25-dən tətil edir, daha yaxşı iş şəraiti, maaşlarının artırılmasımı tələb edirlər.

Saxlanan fəhlələrin durumu haqda məlumat yoxdur. Onların dəqiq sayı da bilinmir, çünki müxtəlif şöbələrdən olublar.

Son aylar İsfahan Polad Şirkətinin fəhlələri bir neçə dəfə kütləvi tətilə çıxıblar.

İranda ötən yaydan əmək etirazları vüsət alıb, çünki yaşayış standartları zəifləyir, maaşlar xərcləri ödəmir, sığorta dəstəyi yoxdur. İranda əmək qanunvericiliyində işçilərin müstəqil birliklər yaratması hüququ tanınmır.

HRANA agentliyi ötən sentyabrdan bəri etirazlarda azı 500 nəfərin öldürüldüyünü, onlardan 70-nin azyaşlı olduğunu bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG