Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

İran: Hörmüz boğazında neft tankerini tutmamışıq, əksinə kömək etmişik


İran tankeri Hörmüz bogazındakı Qashm adası yaxınlığında. 14 fevral, 2001.
İran tankeri Hörmüz bogazındakı Qashm adası yaxınlığında. 14 fevral, 2001.

İran Hörmüz boğazında xarici neft tankerinə kömək etdiyini bildirir.

Bu barədə iyulun 17-də AzadlıqRadiosu AP və Reuters agentliklərinə istinadla xəbər verir.

Bundan əvvəl Tehranın regionda daha bir neft tankerini zəbt edə bilməsi barədə məlumatlar dolaşırdı.

İran xarici işlər nazirliyinin sözçüsü Annas Musavi iyulun 17-də bildirib ki, onun ölkəsi texniki problemlə üzləşən xarici gəmini limana çəkib.

ABŞ bundan əvvəl bildirirdi ki, Səudiyyə Ərəbistanı iyulun 13-dən sonra ona məxsus neft tankeri ilə əlaqəni itirib.

Neft daşınmasına nəzarət edən TankerTrackers online-xidmətinin məlumatına görə, Birləşmiş Ərəb əmirliklərinə məxsus MT Riah neft tankeri iyulun 14-də İran sularına daxil olub.

Mənbənin məlumatına görə, sonuncu dəfə tankerlə Hörmüz boğazının Qeshm adasında əlaqə saxlanıb.

ABŞ müdafiə nazirliyinin nümayəndəsi AP agentliyinə bildirib ki, Vaşinqtonda “belə bir şübhə “var ki, İran gəmini tutub.

Bu insident ABŞ-la İran arasında gərginliyin artması fonunda baş verir.

Qeyd edək ki, Böyük Britaniya iyulun 4-də Gibraltarda ,sanksiyaları pozaraq Suriyaya neft daşımaqda şübhəli bilinən İran tankerini saxlayıb.

Tehran Londonu tankeri buraxmağa çağırıb və əks halda buna müvafiq cavab veriləcəyini xəbərdarlıq edib.

Buna da bax: İran katerləri Britaniya tankerini saxlamaq istəyib?

Qeyd edək ki, ABŞ bundan əvvəl Oman və Fars körfəzlərində neft tankerlərinə edilmiş hücumlara görə birbaşa İranı günahlandırıb. Vaşinqton həmçinin Tehranın beynəlxalq terrorçuluğu dəstəkləməkdıə ittiham edir.

İran ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG