Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:05

İran katerləri Britaniya tankerini saxlamaq istəyib?


Fars Körfəzi və Hörmüz boğazının xəritəsi
Fars Körfəzi və Hörmüz boğazının xəritəsi

ABŞ mediasının məlumatına görə, İranın beş silahlı kateri strateji Hörmüz boğazında Britaniya tankerini saxlamağa cəhd göstərib, ancaq Kral Donanmasına məxsus gəmi onların qarşısını alıb. Bundan öncə İran Britaniya gəmisini saxlamaqla bağlı təhdidlər səsləndirmişdi.

CNN məlumatı iyulun 10-da axşam ABŞ-ın iki rəsmisinə istinad yayıb. Məlumata görə, iranlılar Britaniyanın boğazdan keçən Heritage neft tankerinə kursu dəyişmək və İranın yaxınlıqdakı ərazi sularında saxlamaq göstərişi verib.

Ancaq tanker müşayiət edən Britaniyanın HMS Montrose gəmisi xəbərdarlıq kimi silahlarını İran katerlərinə tuşlayıb və onları geri çəkilməyə məcbur edib, CNN bildirir.

Grace 1 tankeri
Grace 1 tankeri

“Bu, qısnama idi”

“Bu qısnama, keçidi əngəlləmək cəhdi idi”, – rəsmilərdən biri deyib.

İnsidenti tərəflərdən heç biri rəsmi təsdiqləməyib.

Bu insidentdən bir neçə saat öncə İran Prezidenti Hassan Rohani xəbərdarlıq edib ki, ötən həftə İranın supertankerinin saxlanmasına görə Britaniya “fəsadlar”la üzləşə bilər.

Rəsmi IRNA agentliyinin məlumatına görə, Rohani hökumətin iclasında gəminin saxlanmasını “rəzil və yanlış” hərəkət adlandırıb.

İyulun 4-də Britaniyanın dəniz piyadaları Cəbbərültariq boğazında İranın Grace 1 supertankerini saxlayıb. Tankerin sanksiyaları pozaraq Suriyaya neft apardığı iddia olunub.

İran tankerin dərhal buraxılmasını tələb edib. İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) isə buna cavab olaraq Britaniya gəmisini saxlamaqla hədələyib.

ABŞ Prezidenti Donald Trump iyulun 10-da İrana sanksiyaları gücləndirmək təhdidi səsləndirib. O, İranın dünya gücləri ilə imzaladığı 2015-ci il nüvə sazişini bir daha pisləyib.

Trump ötən il nüvə sazişini qüsurlu elan edərək ondan çıxıb, Tehrana sanksiyaları bərpa edib. İran isə sazişə əməl edib, ancaq iyulun 7-dən uran zənginləşdirmə limitini artırıb. Tehran deyir ki, Avropa ölkələrini ABŞ sanksiyalarından yayınmağın yolunu tapmağa məcbur etmək istəyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG