Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:35

İran Tacikistanın iddialarını rədd edir


Tacikistan
Tacikistan

İran 1990-cı illərdə Tacikistandakı vətəndaş müharibəsində əli olmasına dair Düşənbənin ittihamlarını rədd edib, bu iddiaları ikitərəfli münasibətlərə zərbə vurmaq cəhdi adlandırıb. Bu haqda «Reuters» xəbər yayıb.

Bu həftə dövlət televiziyasında yayımlanan sənədli filmdə üç tacik danışıb ki, İranda təlim keçəndən sonra 1992-97-ci illər müharibəsi zamanı Tacikistanda siyasətçiləri və digər tanınmış fiqurları qətlə yetiriblər. Onlar Rusiya hərbi bazasına hücum etdiklərini də dilə gətiriblər.

Tacikistandakı İran səfirliyi ittihamların əsassız olduğunu bildirib.

«Bu cür qərəzli filmlərin yayımlanması… göstərir ki, müəyyən dairələr iki ölkə arasında dostluğun güclənməsini istəmirlər», – bəyanatda deyilir.

PARTİYA LİDERİ TEHRANDA KONFRANSA QATILIB

Tacikistanda hökumət qüvvələri ilə islamçıların rəhbərlik etdiyi müxalifət arasındakı vətəndaş müharibəsinin bitirilməsində Tehran vasitəçilik edib.

***Buna da bax-Tacikistanda imam-xətiblərin saqqalını ölçəcəklər

Ancaq 2015-ci ilin dekabrında iki ölkənin münasibətləri pisləşib. Buna səbəb qadağan olunmuş tacik islamçı partiyanın liderinin Tehranda konfransa qatılması olub. Bu addım Düşənbə hökumətini qəzəbləndirib.

Prezident Imomali Rakhmon hökuməti Tacikistan İslam Dirçəliş Partiyasını qadağan edib, liderlərini və fəallarını həbsə atdırıb, onları 2015-ci il çevriliş cəhdinin arxasında durmaqda ittiham edib.

Həmin partiyanın lideri Muhiddin Kabiri isə Tacikistandan qaçandan sonra Tehranda konfransa qatılıb. Düşənbə onu axtarış siyahısına salıb.

1997-2004-cü illərdə Tacikistanın bir sıra tanınmış simaları – professor Mohammad Aseemi, doktor Yusuf Isaki, yazar Saif Afardi, prezidentin siyasi müşaviri Karim Yuldashev, Tacikistanın keçmiş Böyük müftisi, eləcə də 20 rusiyalı zabit qətlə yetirilib.

Tacikistan televiziyasının yayımladığı sənədli filmdə özünü İslam Partiyasının keçmiş döyüşçüsü kimi təqdim edən bir kişi danışır ki, 1995-ci ildə İrana gedib və Qum şəhərində 200 həmvətəniylə birlikdə sabotaj təlimi keçib. O, 1997-ci ildə Tacikistana qayıtdığını, siyasi və ictimai fiqurları öldürməyə aydın təlimat aldığını söyləyib.

XS
SM
MD
LG