Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:15

İrandan qayıdanlar saatlarla gözlədiklərini deyir


Azərbaycan-İran sərhədi (arxiv fotosu)

Fevralın 3-də, günün ikinci yarısında İrandan geri qayıdan bir neçə yüzdən çox Azərbaycan vətəndaşının Astara Gömrük Keçid Məntəqəsində 3 saatdan çox saxlandığı bildirilir.

Lənkəran rayonun Xarxatan kənd sakini Şakir Babayevin deməsinə görə, həmin vaxt hərəkət dayanıb:

“İrana getmişdik, qayıdırdıq. İran gömrüyündən çıxıb Azərbaycan gömrüyünə gəldik. Astara gömrüyünün buraxılış xəttində durmalı olduq. Aramızda xəstələr, yaşlı adamlar var idi. Mən özüm müalicədən gəlirdim. Belə hörmətsizlik olarmı? Heç olmasa desinlər ki, nə məsələdir. Təxminən 3 saatdan çox bizi saxladılar. Mən axşam oradan çıxanda gömrükdə, hələ də adamlar qalmışdı. Xahiş edirik bizim səsimizi lazım olan yerlərə çatdırın. Bir də belə hallar baş verməsin”.

Şakir Babayev deyir ki, gömrük xidməti yaxşı deyil:

"İrana gedəndə də bizi gömrükdə saatlarla saxladılar. İran gömrüyündə 15 dəqiqə çəkdi. Bizdə isə saatlarla vaxt itiririk. Bu xidmət deyil, biabırçılıqdır...”

Bu deyilənlərə, hələlik, Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb.

Buna da bax: İrana gedən var. Sərhəd məntəqələrindəki növbələrin səbəbi nədir?

Amma Astara Gömrük İdarəsinin növbətçi hissəsindən bu barədə onlarda məlumat olmadığını söylədilər.

Adının çəkilməsini istəməyən bir nəzarətçinin deməsinə görə isə, bəzən vətəndaşın üzərində şübhəli predmetlər aşkarlanır:

Buna da bax: Biləsuvar sərhəd keçid məntəqəsi: 'Bu qədər adama 2 nəfər xidmət edir'

“Hər bir şəxsin fərdi yoxlanması vaxt aparır. Bəzən bu da növbəyə səbəb olur”.

Buna da bax:

Astara gömrüyündən İrana kütləvi axın
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00
Direct-ə keçid

Günün bütün mövzuları

XS
SM
MD
LG