Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 22:18

İran seçkisində mühafizəkarlar məğlub oldular


İranda parlament seçkisinin ikinci dövrəsinin nəticələrinə görə islahatyönlülüər və mötədillər yeni məclisdə işçi çoxluğu təmin ediblər.

İranda parlament seçkisinin ikinci dövrəsinin nəticələrinə görə islahatyönlülüər və mötədillər yeni məclisdə işçi çoxluğu təmin ediblər.

İran məclisi son on ildə mühafizəkarların nəzarətində idi.

Seçkinin nəticələri göstərir ki, prezident Hassan Rouhaninin tərəfdarları mandatların 42 faizini əldə ediblər. Bu, mütləq çoxluqdan xeyli az olsa da, mötədil hökumətin təşəbbüslərini səsvermələrdən keçirmək üçün kafi nisbətdir.

Müstəqil namizədlər parlament yerlərinin 30 faizinə sahib olublar. Onlardan bir çoxunun islahat düşüncəli şəxslər olduğu düşünülür.

Mühafizəkarlar və sərt xətt-hərəkət tərfdarları yeni məclisdə yerlərin üçdə birindən bir qədər azını tutacaqlar.

Ehtiyatlı nikbinlik

Qərb ekspertləri Tehranın nüvə sazişini imzalamasından sonra parlament seçkilərinin belə nəticələnməsinin prezident Rouhani-nin xeyrinə işləyəcəyini söyləyirlər.

İran mediasının xarici işlər naziri Javad Zarifə istinadən yazdığına görə prezidentin yeni məclisə təqdim edəcəyi ilk qanunvericilik aktının vətəndaş azadlıqları haqqında qanun olacağı gözlənilir.

Bununla belə, İranın siyasi strukturunda məclis yeganə və heç də ən güclü institut deyil.

Ümid verən budur ki, ötən fevral ayında qüdrətli Üləmalar Şurasına seçkidə də mötədillər uğur qazanıblar.

Britaniyanın Chatham House analitik mərkəzindən doktor Sanam Vakil bildirir ki, indi İranda siyasi mübarizə daha kəskin şəkil alacaq və islahatyönlülər uğurlarını yalnız addım-addım qazana biləcəklər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG