Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:11

ABŞ İrana dolları qadağan edəcək


Birləşmiş Ştatlar İran Mərkəzi Bankının sədrinə sanksiyalar qoyub. Vaşinqton onu “terrorçu fəaliyyətlərə dəstək verməkdə” ittiham edir.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin mayın 15-də İran MB-nin sədri Valiollah Seifə və həminbankın başqa bir rəsmisi Ali Tarzaliyə sanksiyalar elan etməsi o deməkdir ki, onlarla biznes əməkdaşlığına girən şəxs və şirkətlər ABŞ-ın maliyyə sistemindən məhrum edilə bilərlər.

Bu iki bank rəsmisinin adı “qlobal terrorçular” siyahısına daxil edilib və onlar İran İslam İnqilabı Keşikçilərinin adından Livandakı Hizbullahın dəstəklənməsi üçün milyonlarla dolları köçürməkdə ittiham olunurlar.

ABŞ maliyyə naziri Steven Mnuchin-in bəyanatında deyilir ki, İran Mərkəzi Bankı rəhbərinin Hizbullah kimi qruplaşmalara maliyyə dəstəyi verməsi “rüsvayçı olsa da, təəccüblü deyil”.

https://home.treasury.gov/news/press-releases/sm0385

Nazir həmçinin bildirib ki, Birləşmiş Ştatlar İranın beynəlxalq maliyyə sistemindən sui-istifadə etməsinə yol verməyəcək.

Lakin bəyanatda deyilir ki, sanksiyalar İran Mərkəzi Bankının özünə bir təsisat kimi şamil edilmir.

ABŞ Maliyyə Nazirliyi habelə Tehrandan Livandakı Hizbullaha vəsait köçürülməsində iştirak etmiş İraq İslam Bankını və onun direktorunu“qara siyahıya” salıb.

Mayın 10-da ABŞ daha doqquz iranlıya və İran vahidinə sanksiyalar elan etmişdi. Onlar İslam İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələrinə maliyyə dəstəyi verməkdə ittiham olunurdular.

https://www.treasury.gov/resource-center/sanctions/OFAC-Enforcement/Pages/20180510.aspx

Bu sanksiyalar prezident Trump-ın ABŞ-ın İranla nüvə sazişindən çıxmasını elan etməsi ilə eyni vaxta təsadüf edir.

Maliyyə Nazirliyinin bəyanatında bu da bildirilir ki, ABŞ avqustun 7-dən başlayaraq “İran hökuməti tərəfindən ABŞ dolları əskinaslarının əldə edilməsinə” sanksiya qoyacaq.

Noyabrın 5-dən isə bu banklarla “müəyyən və əhəmiyyətli tranşlarda bilərəkdən iştirak etmiş şəxslərə” təkrar sanksiyalar elan olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG