Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:52

ABŞ iranlılara yeni sanksiyalar elan edir


Yəmən hutilərinin istifadə etdikləri raketlər
Yəmən hutilərinin istifadə etdikləri raketlər

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına raket atılması üçün Yəməndəki huti qiymaçılarına silah və ekspert dəstəyi verdikləri iddia olunan beş iranlıya qarşı sanksiyalar irəli sürüb.

ABŞ-ın Maliyyə Nazirliyi bildirir ki, Mehdi Azarpisheh, Mohammad Jafari, Mahmud Kazemabad, Javad Shir Amin və Sayyed Mohammad Tehrani sanksiya siyahısına salınıblar.

Bu da qeyd olunur ki, bunlardan ilk dördü hutilərlə İran İnqilab Keşikçiləri Korpusu (İİKK) vasitəsilə işləyərək qiyamçılara ballistik raketlərlə bağlı ekpert dəstəyi vermiş, habelə “Yəmənə münaqişədən əvvəl bu ölkədə görünməmiş silahların” keçirilməsində iştirak etmişlər.

Tehraniyə qarşı sanksiya isə onun iddia edildiyinə görə İİKK-i maliyyələşdirməsinə görə qoyulub.

Yeni sanksiyalar Trump administrasiyasının İrana qarşı yeni daha sərt iqtisadi təzyiq siyasəti çərçivəsində qoyulur.

Maliyyə Nazirliyinin bu bəyanatından əvvəl dövlət katibi Mike Pompeo demişdi ki, Vaşinqton tezliklə İranın hutilərə dəstəyi barədə tədbir görəcək.

Yəmən hökuməti İranın dəstəklədiyi hutilərə qarşı 2015-ci ildən bəri müharibədədir. Bu müharibə ölkəyə minlərlə insanın qırğınını və aclıq gətirib.

Səudiyyə Ərəbistanı vaxtaşırı Yəmən hutilərini özünün neft infrastrukturuna və şəhərlərinə raket atəşləri açmaqda ittiham edir. Son dəfə belə bir ittiham mayın 9-da səsləndirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG