Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:53

İran S-300 zenit-raket kompleksini sınaqdan keçirib


İran S-300 raketlərini nümayiş etdirir.

İran Rusiya istehsalı olan S-300 zenit-raket kompleksini sınaqdan keçirib.

Sınağın uğurla həyata keçirildiyi bildirilir.

Sınaq Demavend dağında keçirilən təlimlər zamanı baş tutub. 800 milyon dollarlıq S-300 zenit-raket kompleksi ABŞ və İsrailin narahatlığına səbəb olmuşdu. 200 kilometr mənzilli raketlər eyni vaxtda birdən artıq hədəfi vurmaq imkanına malikdir.

Təlimlər İranın dövlət televiziyası ilə nümayiş olunub.

İran rəsmiləri bildirib ki, yaxın vaxtlarda yerli istehsal olan Bavar-373 hava müdafiə sistemi də sınaqdan çıxaracaqlar. Bavar-373-ünS-300-dən daha çox inkişaf etmiş model olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG