Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 10:17

Moskva və Tehranın sözü Körfəzdəki üç adaya görə çəp gəlib


Əli Əkbər Vilayəti
Əli Əkbər Vilayəti

İranın ali rəhbəri ayətüllah Əli Xameneyinin müşaviri Əli Əkbər Vilayəti Fars körfəzindəki üç strateji ada üzərində Tehranının suverenliyi məsələsi ilə bağlı "bəzi ölkələrin" mövqeyini tənqid edib.

Şərhçilərin fikrincə onun tənqidinin əsas hədəflərindən biri də Rusiya olub.

İranın keçmiş xarici işlər naziri olmuş Vilayəti hazırda ölkənin ali rəhbərinin xarici siyasət məsələləri üzrə baş müşaviridir.

Vilayəti bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin bu məsələdə mövqeyi Moskva ilə Tehranın münasibətlərinə xələl gətirir.

Vilayəti dekabrın 21-də etdiyi çıxışda belə görünür, Rusiyanın Ukraynadakı müharibəsinə işarə edərək “hərbi və siyasi münaqişələrdə olan bəzi ölkələri” İran İslam Respublikası ilə münasibətlərdə “diqqətli” olmağa çağırıb.

Lavrovun ziddiyyətli mövqeyi

Reuters agentliyi yazır ki, İran və Birləşmiş Ərəb Əmirlikləri arasında Fars körfəzindəki Böyük və Kiçik Tunb və Əbu Musa adalarına görə onilliklərdir davam edən ərazi mübahisəsi var.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftənin əvvəllərində ərəb ölkələrindən olan həmkarları ilə görüşündə demişdi ki, bu ərazi mübahisəsi beynəlxalq təşkilatların vasitəçiliyi ilə həll olunmalıdır.

Lavrov bu bəyanatı ilə əslində Moskvanın BƏƏ-nin mövqeyini dəstəklədiyinin işarəsini vermişdi.

Mübahisənin tarixçəsi

Reuters yazır ki, bu adalar üzərində mübahisə 1971-ci ildən başlanıb. O vaxt Britaniya və BƏƏ qüvvələrinin körfəzdən çıxması ilə eyni vaxtda İran şah donanması adalar üzərində nəzarəti ələ keçirmişdi.

O vaxtdan bəri BƏƏ bu adalar üzərində suverenlilk məsələsini İranla mübahisələndirir.

Buna baxmayaraq BƏƏ adalar üzərində suvernliyi ələ almaq üçün heç vaxt hərbi hərəkətə keçməyib.

BƏƏ özünün adalara olan iddialarını Britaniya imperiyası zamanında bu adaların BƏƏ-nin əmirliklərindən biri olan Şarcanın ərazisinə daxil olması ilə əsaslandırır.

İran isə iddia edir ki, adalar Britaniya qüvvələrinin körfəzdən çıxdığı zaman İranın nəzarətində olub.

Bu adalar neftin dənizlə daşımalarının əsas marşrutu üzərində yerləşməsinə görə strateji əhəmiyyətə malikdir.

İran Rusiyaya onun Ukrayna ilə müharibəsində Şahed dronlarının təchizatı ilə kömək edir.

XS
SM
MD
LG