Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:30

İran nüvə sazişinin şərtlərindən çıxmaqla hədələyir


Rusiya President Vladimir Putin və Iran prezidenti Hassan Rohani , 14 iyun, 2019, Bişkek
Rusiya President Vladimir Putin və Iran prezidenti Hassan Rohani , 14 iyun, 2019, Bişkek

İran prezidenti Hassan Rohani deyib ki, əgər İranla nüvə sazişinə imza atmış digər ölkələrdən müsbət siqnallar gəlməsə, Tehran da sazişin bir sıra şərtlərindən geri dönməkdə davam edəcək.

Reuters, TASS və digər Rusiya agentliklərinin məlumatına görə, Rohani bunu iyunun 15-də Asiya ölkələri liderlrinin Düşənbədə keçirilən sammitində deyib.

O qeyd edib ki, Tehran 2015-ci ildə 6 aparıcı dünya ölkəsi ilə imzalanmış sazişlə bağlı üzərinə götürdüyü bəzi öhtəliklərin yerinə yetirilməsini dayandırmaq qərarına gəlib.

Amma Rohani, hansı müsbət siqnalları gözləmələri və ya hansı öhtəliklərin dayandırılacağına aydınlıq gətirməyib.

İran, ABŞ-ın bu sazişdən birtərəfli qaydada çıxmasına cavab olaraq artıq bu ilin mayında onun bir sıra tələblərinin yerinə yetirilməsini dayandırıb.

Asiya ölkələrinin Düşənbə sammiti
Asiya ölkələrinin Düşənbə sammiti

Rohani: ‘ABŞ-ın hərəkətləri Yaxın Şərqdə sabitliyə ciddi təhdid yaradır’

Amma Rohani qeyd edib ki, Tehran bir sıra tələbləri yerinə yetirməkdə davam edəcək.

Düşənbə sammitində Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Xi Jinping,Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Pakistan və Hindistan liderləri, habelə Azərbaycan, Türkiyə, İran, İraq, Misir, İsrail, Cənubi Koreya və Fars görfəzi regionundan olan ərəb ölkələrinin təmsilçiləri iştirak edirlər.

ABŞ,Ukrayna,Belarus, Yaponiya, BMT və ATƏT isə sammitdə müşahidəçi qismində iştirak edirlər.

Putin sammitdə çıxış edərkən deyib ki, Moskva İranla sazişə əməl edəcək. Putin digər ölkələri də sazişə əməl etməyə çağırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG