Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:30

Rohani: ‘ABŞ-ın hərəkətləri Yaxın Şərqdə sabitliyə ciddi təhdid yaradır’


Hassan Rohani sammitdə çinli həmkarı Xi Jinping-lə görüşüb
Hassan Rohani sammitdə çinli həmkarı Xi Jinping-lə görüşüb

İran Prezidenti Hassan Rohani Şanxay Əməkdaşlıq Təşkilatının sammitində deyib ki, ABŞ-ın hərəkətləri Yaxın Şərqdə sabitliyə ciddi təhdid yaradır.

Bundan bir gün öncə ABŞ-ın Dövlət katibi Mike Pompeo İranı Oman Körfəzində Yaponiya və Norveçin kommersiya neft tankerinə hücumlarda ittiham edib.

İran bu hücumlarla hər hansı bağlılığı olmadığını bildirir. Bişkekdəki sammitdə çıxışı zamanı Rohani Oman Körfəzindəki hücumlara toxunmayıb. Ancaq deyib ki, ABŞ Prezidenti Donald Trump administrasiyası beynəlxalq ictimaiyyəti həmişəkindən çox hədələyən “birtərəflilik bəlası”na görə məsuliyyət daşıyır.

Trump-ın İranla nüvə sazişindən çıxmaqla bağlı qərarına toxunan Rohani deyib ki, İran sənədə əməl etməkdədir.

Vladimir Putin sammitdə
Vladimir Putin sammitdə

Çinin dövlət mediasının yazmasına görə, Prezident Xi Jinping Rohani-yə deyib ki, Pekin beynəlxalq durumun necə dəyişmsindən asılı olmayaraq İranla münasibətlərin davamlı inkişafını təbliğ edəcək.

Çinlə İranın enerji sektorunda sıx münasibətləri var, ABŞ-ın İrandan neft idxal etməklə ABŞ sanksiyalarını pozan ölkələri və şirkətləri sanksiyalarla hədələməsi Pekini qəzəbləndirir.

***

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlanıb.

Sammitə Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Xi Jinping, Qırğızıstan Prezidenti Sooronbai Jeenbekov və təşkilata daxil olan Qazaxıstan, Tacikistan, Özbəkistan, Hindistan və Pakistanın liderləri qatılıblar. Onlar iyunun 14-də Qırğızıstanda rəsmi prezident iqamətgahında “məhdud formatlı” danışıqlar aparıblar.

Bu gün keçiriləcək digər toplantılarda qurumda müşahidəçi statusu olan Əfqanıstan, Belarus, İran və Monqolustan liderləri iştirak edəcəklər.

Rusiya prezidentinin köməkçisi Yury Ushakov deyib ki, sammitdə təşkilat daxilində təhlükəsizlik, terrorçuluqla mübarizə, narkotik maddə qaçaqçılığı, iqtisadi inkişaf, sənaye və humanitar əməkdaşlıq üzrə əməkdaşlığı genişləndirmək müzakirə olunacaq.

Putin iyunun 14-də sammit çərçivəsində Çin Prezidenti və Monqolustan Prezidenti Khaltmaagiin Battulga ilə üçtərəfli görüş də keçirəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG