İranın ali dini lideri Ayatolla Ali Khamenei, İranın Fars körfəzindən neft daşınmasını blokadaya ala bilməsi ilə bağlı ölkə prezsidenti Hassan Rohaninin təklifini dəstəkləyib.
Bu barədə iyulun 21-də Khameneinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Rohani bu yaxınlarda deyib ki, əgər İran nefti idxal olunmayacaqsa, onda regiondan neft idxal olunmayacaq.
Qeyd edək ki, Əgər İran Hörmüz boğazını bağlasa, onda bu İraq, Səudiyyə Ərəbistanı,Bəhreyn, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən yük daşınmasını əngəlləyə bilər.
Bu ölkələr dünyada əsas xam neft ixracatçları sayılırlar.
Tehran ABŞ prezidenti Donald Trump-ın bu yaxınlarda 2015-ci ildə İranla imzalanmış nüvə sazişindən çıxmasını və İrana qarşı sanksiyaları bərpa etməsini dəfələrlə təqnid edib.
Buna da bax: Rohani:"ABŞ-ın sanksiyalarına baxmayaraq İran iqtisadi əlaqələrini inkişaf etdirir"
İranla həmin nüvə sazişinə ABŞ-la yanaşı Çin, Böyük Britaniya, Almaniya, Fransa və Rusiya da imza atıblar.
Amma qalan ölkələr sazişə sadiq qalacaqlarını bəyan ediblər.
Həmin sazişdən sonra İran nüvə proqramını dondurub və əvəzində ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb.