Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:43

Rohani:"ABŞ-ın sanksiyalarına baxmayaraq İran iqtisadi əlaqələrini inkişaf etdirir"


 Hassan Rohani
Hassan Rohani

İran prezidenti Hassan Rohani deyib ki, ABŞ önun ölkəsinə qarşı sanksiya məsələsində daha çox təcrid vəziyyətə düşüb.

Azadlıqradiosunun Reuters və digər qərb agentliklərinə istinadla verdiyi məlumata görə, o, iyulun 14-də televiziya ilə çıxışında bildirib ki, İran “israrlı müqavimət” yolunu seçib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump bu il mayın 8-də, ölkəsinin 2015-ci ildə İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaları bərpa etdiyini bəyan elədi.

Hassan Rohani qeyd edib ki, Birləşmiş Ştatların məntiqi heç bir beynəlxalq təşkilat tərəfindən dəstəklənmir.

O bildirib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq İran bütün dünya ilə iqtisadi əlaqələrini inkişaf etdirməkdə davam edir.

Qeyd edək ki, ABŞ-ın bu addımı İran iqtisadiyyatına güclü ziyan vurub,bir çox beynəlxalq şirkətlər bu ölkədən getməli olub, İranın milli valyutası rial son 9 ayda ABŞ dollarına nisbətdə dəyərinin təxminən yarısını itirib.

Buna da bax:"ABŞ rəsmiləri İrana iqtisadi təzyiqin etirazlar yaratdığını deyir"

İranla nüvə sazişindən sonra Tehran nüvə proqramını dayandırıb və əvəzində ona qarşı sanksiyalar aradan qaldırılıb.

Amma qalan 5 ölkə İranla nüvə sazişinə sadiq qaldıqlarını və onunla əməkdaşlığın davam etdiriləcəyini bəyan ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG