Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 18:53

İran prezidentindən Obamaya çağırış: imzalama


Hassan Rohani, 11 aprel 2013

Iran prezidenti Hassan Rohani amerikalı həmkarı Barack Obama-nı çağırıb ki, İrana qarşı sanksiyaların bərpası ilə bağlı qanunu imzalamasın.

Dekabrın 4-də İran prezidenti Rohani parlamentdə çıxışında bildirib ki, bu qanun Tehranla güc dövlətləri arasında nüvə proqramına görə imzalanan razılaşmanı təhlükə altına qoyur.

Dekabrın 1-də ABŞ Konqresi İrana qarşı sanksiyaların bərpasına səs verib. Qanun qüvvəyə minməsi üçün Ağ evə, Barack Obamaya imzalamağa göndərilib.

İran bu qanun imzalandığı təqdirdə ABŞ-a uyğun cavab verəcəyini bəyan edir.

XS
SM
MD
LG