Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

İranda İsrail əsgərlərini əks etdirən plakata görə üç nəfər həbs edilib


ISNA agentliyinin verdiyi xəbərə görə sentyabrın 28-də Iranın hakimiyyət orqanları Şiraz şəhərində qurulmuş böyük plakatda İsrail əsgərlərinin fotosundan istifadə edilməsi ilə bağlı üç nəfəri həbs edib.

İran-İraq müharibəsində həlak olmuş İran əsgərlərinin xatirəsinə həsr edilmiş bu plakatda yüksəkilikdə dayanmış İrail əsgərlərinin fotosundan istifadəı edilib. Şəklin orjinalında İsrail əsgərlərindən biri qadın olsa da, İran plakatında onun şəkli götürülüb.

Bu plakat İran mediasında və sosial şəbəkələrində böyük söz-söhbətə, tənqid və məsxərəyə səbəb olmuşdu.

Şiraz şəhərinin mərkəzində qurulmuş plakatdakı əsgərlərin İsrail hərbi fomasında olması və çiyinlərindən M-16 avtomatlarının asılması bəzi sakinlərin gözündən yayınmayıb.

ISNA bildirir ki, Şirazın ədliyyə başçısı Ali Salehi plakatı hazırlamış şəxslər barədə ilkin istintaqın başlandığını deyib.

Plakat sentyabrın 26-da, asıldıqdan bir gün sonra sökülüb.

Şiraz meri Heydar Eskandarpour deyib ki, “müqəddəs müdafiə həftəsində” belə bir plakatın peyda olması bağışlanmazdır.

İran İsrail dövlətini tanımır və Qəzza zolağında Həməs və Livanda Hizbullah kimi anti-İsrail qüvvələrə dəstək verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG