Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

İranda şəhidlərin xatirəsi İsrail əsgərlərinin şəkli ilə necə 'yad edilib'?


Şirazın mərkəzində qurulmuş plakat
Şirazın mərkəzində qurulmuş plakat

İranın Şiraz şəhərində qurulmuş böyük plakat İran-İraq müharibəsində şəhid olanlara həsr edilmişdi, amma əksinə məsxərələrə səbəb olaraq tezliklə sökülüb. Çünki plakatda əks edilənlər İran yox, onun qatı düşməni olan İsrailin əsgərləri olub.

Bu “yolverilməz səhvə” görə Şirazın bələdiyyə idarəsi təhqiqata başlayıb.

Plakatda uçurumun qarşısında dayanmış üç əsgər buludlara baxan yerdə əks edilmişdi. Plakat 1980-1988-ci illərdə davam etmiş İran-İraq müharibəsinin 38-ci ildönümünə həsr olunmuşdu. Bu müharibədə İraq və İranın 500 min əsgəri həlak olub. Elə bu qədər də mülki əhali tələf olub.

Plakat qurulduqdan sonra bəzi Şiraz sakinləri şəkildəki əsgərlərin İsrailin hərbi formasında olduqlarına diqqət yetiriblər.

Bundan sonra İranın sosial mediasında tənqid və məsxərə dalğası başlanıb.

Üstəlik bu da bəlli olub ki, plakatın orjinalındakı əsgər qadın “redaktə” olunaraq şəkildən çıxarılıb.

@bahmanazadi124 ünvanlı bir Twitter istifadəçisi sentyabrın 27-də yazıb: “Şiraz rəsmiləri “Şəhidlər həftəsini” inqilabi bir tərzdə qeyd edərək İsrail ordusunun üç əsgərinin nəhəng plakatını ucaldıblar”.

İstifadəçi 1979-cu ildə hakimiyyətə gəlmiş ruhani hakimiyyəti “inqilabçı” sözü ilə dolayıb:

Plakat hətta İsrail Xarici İşlər Nazirliyinin farsca Twitter hesabında da lağa qoyulub:

İsrail kəşfiyyatını parodiya edən @TheMossadIL hesabı sentyabrın 26-da yazıb: “Missiya başa çatdırıldı: Şiraz, İran. Şəhidlərin ruhu şad olsun. Şəkildəkilər: İsrailin Müdafiə Qüvvələrinin əsgərləri”.

Qalmaqallı plakat sentyabrın 26-da yığışdırılıb. Lakin iranlılar plakatın sökülməsini də fotoya alıblar:

Sentyabrın 27-də Şiraz Şəhər Bələdiyyəsinin müdiri Sayyed Ahmadreza Dastgheyb, onun təbirincə deyilərsə, “sionist rejimin əsgərlərinin şəklindən” istifadə edilməsinə dair təhqiqata başlanmasına göstəriş verib və deyib ki, günahkarlar ciddi cəzalandırılacaqlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG