Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

Tehrandakı futbol plakatına niyə dəyişiklik edilib?


Tehranın mərkəzində qurulmuş plakat
Tehranın mərkəzində qurulmuş plakat

İran paytaxtının mərkəzində qurulmuş nəhəng plakat Dünya Kubokundan əvvəl həm ölkənin milli yığmasına dəstək bildirməli, həm də milli birliyi tərənnüm etməliydi, amma kəskin tənqidlərlə üzləşdi.

AzadlıqRadiosunun müxbiri Golnaz Esfandiari yazır ki, bu plakatda yalnız kişilərin təsvir edilməsi hiddətlə qarşılanmışdı.

İndi plakata düzəliş edilib və sıra ilə düzülmüş futbolçularla eyni cərgədə qadın fiqurları da görünür.

Bundan əvvəlki və indiki plakatda İranın müxtəlif etnik qruplarının milli geyimlərində olan insanlar təsvir edilib. Bu plakatlarda yazılan şüarda deyilir: “Birlikdə biz çempionuq. Bir millət, bir ürək döyüntüsü”.

Lakin paytaxtın baş plakatında edilmiş düzəlişə rəğmən qadınların stadionlara daxil olmasını qadağan edən qanunlar hələ də qüvvədədir.

Ötən illər ərzində İranda stadionlara yol tapmaq üçün müxtəlif vasitələrə əl atmış qadınlar saxlanıb və cəzalandırılıb.

Belə bir hal FIFA rəsmilərinin İran prezidenti Hassan Rohaniyə müraciət etməsinə səbəb olmuşdu. Onlar İran qadınlarının da futbol matçlarına buraxılmasına icazə verilməsini xahiş edirdilər.

Tənqidçilər deyirlər ki, İran rəsmiləri əvvəllər də bu cür çağırışlara sözdə müsbət cavab versələr də, reallıqda buna əməl etməyiblər.

Buna görə də plakata edilmiş düzəliş sosial mediadakı tənqid axınını səngidə bilməyib.

Əsas media da məsələyə biganə qalmayıb. Ğanun qəzetinin 14 iyun sayındakı sərlövhədə deyilir: “Qadınlarısız biz uduzuruq”.

Bu qəzetin redaktor müavini Mira Ghorbanifar Twitter-də istehza ilə yazır ki, “dünyanın ilk qadınsız milləti doğulub”.

Başqa sosial media istifadəçiləri isə yazırlar ki, bu plakatın birinci variantı tamamilə simvolikdir.

Vəkil Fatemeh Zolghadr bildirir ki, bu plakatda və İranda millətin tən yarısı unudulub.

Məqalədə deyilir ki, hər iki plakatı Ouc mədəniyyət şirkəti hazırlayıb. Bu şirkətin İrandakı qüdrətli İslam Keşikçiləri Korpusuna bağlı olduğu bildirilir.

Esfandiari yazır ki, stadionlara girişi qadağan olunsa da, İran qadını futbol azarkeşidir. Onlar bəzən stadionlara daxil olmaq üçün kiş paltarı da geyinirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG