Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:45

İran ABŞ sanksiyalarına baxmayaraq nüvə sazişinə riayət edir


Beynəlxalq Atom Energetikası Agentliyinin Vyanadakı qərargahı
Beynəlxalq Atom Energetikası Agentliyinin Vyanadakı qərargahı

BMT-nin nüvə agentliyi Birləşmiş Ştatlar 2015-ci il sazişindən çıxandan bəri ilk dəfə açıqladığı hesabatda İranın bu razılaşmanın şərtlərinə əməl etməkdə davam etdiyini bildirib.

2015-ci ildə imzalanmış bu sazişə müvafiq olaraq Tehran özünün nüvə proqramını məhdudlaşdırmalı və bunun müqabilində onun üzərindəki beynəlxalq sanksiyalar qaldırılmalı idi. Lakin ötən mayda ABŞ bu sazişdən çıxdıqdan sonra İran üzərinə sanksiyaları bərpa edib.

Hesabatda deyilir ki, İranın zənginləşdirilmiş uran ehtiyatı və belə materialı istehsal etmək gücü onun ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya və Çinlə imzaladığı sazişdə nəzərdə tutulan həddən aşağıdır.

BMT-nin Atom Enerjisi Agentliyi bu hesabatı noyabrın 12-də Vyanada açıqlayıb.

Bu hesabatdakı bəzi çöl araşdırmaları İranın üzərinə ABŞ sanksiyaları qüvvəyə minəndən əvvəl aparılıb.

Hesabatda bu da qeyd olunur ki, noyabrın 5-də sanksiyalar bərpa ediləndən bəri Tehranın nüvə davranışı dəyişməyib.

İranın üzərinə yeni və daha sərt sanksiyalar sazişin qüvvədə qalması üçün çətinlik yaradıb.

Agentliyin başçısı Yukia Amano deyib ki, İran BMT müfəttişlərinin nüvə məntəqələrinə sərbəst girişini tam təmin edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG