Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:48

İran nüvə sazişini dayandırıb?


Tehranda Qərblə nüvə sazişinə etiraz aksiyası
Tehranda Qərblə nüvə sazişinə etiraz aksiyası

İran dövlət mediasında yayılmış bəzi xəbərlərə görə, İran özünün iki nüvəzənginləşdirmə qurğusunda sentrifuqların sökülməsi əməliyyatını dayandırıb

Ölkənin dövlət mediasında yayılmış bəzi xəbərlərə görə, İran özünün iki nüvəzənginləşdirmə qurğusunda sentrifuqların sökülməsi əməliyyatını dayandırıb.

Xəbər verilir ki, Natanz və Fordou məntəqələrində sentrifuqların çıxarılmasının dayandırılması, İranın sərt xətt-hərəkət tərəfdarlarının, prezident Hassan Rouhani-yə Qərblə yaxınlaşma prosesində tələskənliyə yol verilməsi ilə bağlı şikayətləri ilə əlaqədardır.

Ali rəhbər Qərblə sazişin icrasında tələsməməyi məsləhət görür
Ali rəhbər Qərblə sazişin icrasında tələsməməyi məsləhət görür

İyul ayında İran və dünya güclərini təmsil edən P5+1 qrupu arasında əldə olunmuş nüvə razılaşmasına görə, Tehran sazişin icrasına sentrifuqların sökülməsi ilə başlamalı idi.

Lakin İran mühafizəkarları ölkənin ali rəhbəri ayətullah Ali Khamenei-ə istinadən deyirlər ki, sentrifuqların sökülməsindən əvvəl Beynəlxalq Atom Energetikası Agentliyinin (BATENA) İranın nüvə proqramına dair təhqiqatı başa çatmalıdır. Bu təhqiqat İranın nüvə proqramının atom silahı hazırlamaq niyyətli olub-olmamasını aşkar etməlidir.

BATENA öz təhqiqatının nəticələrini dekabrın ortalarında elan edəcək. Digər tərəfdən İrana qarşı Qərbin və ABŞ-ın sanksiyaları yalnız Tehran sentrifuqları sökdükdən sonra qaldırıla bilər.

Rouhanı: ABŞ üzr istəməlidir

Bu arada prezident Rouhani İtaliyanın “Corriere della Sera” qəzetinə açıqlmasında Tehranla Vaşinqton arasındakı münasibətlər məsələsinə toxunub.

Rouhani bu müsahibəni İtaliya paytaxtına səfəri ərəfəsində verib. Bu, İran prezidentinin Avropa paytaxtına ilk səfəri olacaq.

Rouhani ABŞ-ı İran xalqından üzr istəməyə çağırıb
Rouhani ABŞ-ı İran xalqından üzr istəməyə çağırıb

Qərblə nüvə sazişi məsələsinə toxunan Hassan Rouhani deyib ki, əgər bu razılaşma yaxşı tətbiq edilərsə, iki ölkə arasında daha az gərginlik yaşanmasına yol açar.

O bildirib ki, hər şey “Amerikanın davranışından”, İranla münasibətlərdə “keçmiş səhvlərini etiraf etməsindən” asılı olacaq.

Hassan Rouhaninin fikrincə, ABŞ son 37 ildə baş vermiş səhvlərə görə İran xalqından üzr istəməlidir.

İran prezidenti həmçinin deyib ki, iki ölkə arasında səfirlik səviyyəsində diplomatik əlaqələr “bir gün bərpa olunacaq”, lakin bu məsələdə də hər şey Amerikanın siyasətlərindən asılıdır.

İtaliya səfəri zamanı İran prezidenti Hassan Rouhani-nin həmçinin Roma papası ilə görüşü də gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG