Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Khamenei nüvə sazişini təsdiqlədi


Ayatollah Ali Khamenei
Ayatollah Ali Khamenei

İranın ali dini lideri Ayatollah Ali Khamenei Tehranla 6 aparıcı dünya ölkəsi arasında əldə edilən nüvə sazişini təsdiqləyib, amma xəbərdarlıq edib ki, İran sayıq olmalıdır, ABŞ-a etibar eləmək olmaz.

Khameneinin oktyabrın 21-də prezident Hassan Rohaniyə ünvanlandığı məktubda bildirilir ki, ABŞ-la Avropa Birliyi İrana qarşı sanksiyaların ləğvini açıq şəkildə bəyan etməlidirlər və xəbərdarlıq edib ki, bu sazişdə bir sıra struktur zəif yerlər ver.

İranda son söz sahibi olan olan Khamenei bunadək bu razılaşmanı rəsmi şəkildə rədd və ya qəbul eləməmişdi.

Bu ilin iyununda əldə edilmiş sazişdə İranın nüvə fəaliyyətini dondurması və əvəzində ona qarşı sanksiyaların ləğvi nəzərdə tutulur.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkda günahlandırır, Tehran isə ittihamı rədd edirdi. Tehran nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.

ABŞ-da nüvə sazişini dəstəkləyir.

Qeyd edək ki, ABŞ Senatındakı demokratlar bundan əvvəl İranla nüvə sazişinin ləğvinə yönəlmiş sənədi üçüncü dəfə əngəlləyiblər.

Səsvermə respublikaçıların çoxluğu ilə nəticələnsə də (56-42), onlar sazişin ləğvi üçün zəruri olan 60 səsi qazana bilməyiblər.

Respublikaçıların ciddi müqavimətinə baxmayaraq Obamanın partiyadaşları İranla ABŞ və 6 dünya ölkəsi arasında imzalanmış sazişi qoruya biliblər.

Dövlət katibi John Kerry ABŞ-ın Polşadakı keçmiş səfirini İran sazişinin icrası üzrə xüsusi elçi təyin edib.

Stephen Mull İranın və qarşı tərəflərin sazişin şərtlərinə əməl etmələrinə nəzarət edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG