Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 14:22

ABŞ: 'Rusiya İranı nüvə təftişlərindən qorumağa çalışır'


Nikki Haley

Rusiya İranı BMT-nin nüvə agentliyinin təftişlərindən qorumağa çalışır. Bunu ABŞ-ın BMT-dəki səfiri sentyabrın 28-də deyib.

Nikki Haley BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) təftişlərini artırmağa və genişləndirməyə çağırır. Bu agentlik Tehranın nüvə fəaliyyətinə qadağalara necə əməl etməsinin monitorinqini aparır. Həmin məhdudiyyətlər əvəzində İrana beynəlxalq sanksiyalar yüngülləşdirildi.

T BƏNDİ

BMT diplomatları bildirirlər ki, Rusiya agentliyin rolunu azaltmağa çalışır, onun 2015-ci il nüvə sazişinin bir əsas maddəsinə nəzarət etmək səlahiyyəti olmadığını bildirir.

«T bəndi» kimi tanınan həmin maddədə «partlayıcı nüvə qurğusunun hazırlanmasına töhfə verəcək fəaliyyət» qadağan olunur. Bu müddəada IAEA-nin adı çəkilmir, onun icrasının necə monitorinq olunacağı dəqiqləşdirilmir.

BMT diplomatlarına görə, Rusiya elə buna dayanaraq agentliyin həmin bəndin icrasını təftiş etmək səlahiyyəti olmadığını bildirir. Rusiya İranla birlikdə nüvə sazişini imzalamış altı ölkədən biridir.

BMT müfəttişləri Natanz nüvə mərkəzində
BMT müfəttişləri Natanz nüvə mərkəzində

ABŞ, Britaniya, Fransa və Almaniya isə bu arqumentlə razılaşmır. Haley də məsələni BMT-də yaydığı bəyanatda dilə gətirib.

«İranla nüvə sazişinin hər hansı mənası olacaqsa, tərəflər onun şərtləriylə bağlı ümumi anlaşma sərgiləməlidirlər», – Haley deyib.

RƏY ŞÜBHƏ ALTINDADIR

Hətta IAEA hərbi və qeyri-hərbi obyektlər arasında fərq qoyulmalı olmadığını bildirsə belə, İran rəsmiləri artıq hərbi obyektlərin təftişinə razılıq verilməyəcəyini deyiblər.

«İndi görünən odur ki, bəzi ölkələr İranı daha artıq təftişlərdən qorumağa çalışırlar. İran sazişi təftişlərsiz boş vəddir», – Haley söyləyib.

İndi bu məsələ Birləşmiş Ştatlardan ötrü özəlliklə vacibdir. Çünki oktyabrın ortasında prezident Donald Trump İranın sazişə əməl edib-etməməsinə dair qərar verməlidir.

Haley deyir ki, IAEA İranın obyektlərini və fəaliyyətini təftiş etməsə, bu rəy şübhə altındadır.

İranla Rusiya hələlik məsələni şərh etməyib.

Bu ayın əvvəlində İranın nüvə proqramının rəhbəri Ali Akbar Salehi Vaşinqtonu əlavə təftişlər tələb etməklə razılaşmanı sabotaj cəhdində suçlayıb. O, IAEA-ni Vaşinqtonun «qəbuledilməz tələblər»inə dirəniş göstərməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG