Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:43

Novruza Azərbaycana gələn İran vətəndaşı: ‘Gürcüstanda otellər ucuzdur...’


Astara. İran-Azərbaycan sərhədi.
Astara. İran-Azərbaycan sərhədi.

Martın 18-i və 19-da Astara gömrüyündən Azərbaycana yüzlərlə İran vətəndaşının keçdiyi bildirilir.

Sərhəd keçid məntəqəsinin çıxış qapısının önündə söhbətləşdiyimiz İran vətəndaşları deyirdilər ki, Azərbaycana viza almaqdan ötrü elektron qaydadan istifadə edirlər. Onların deməsinə görə, bu təqribən 3 gün çəkir:

“Bu taya çıxmaq üçün əziyyət çəkdik. Hər iki keçid məntəqəsində böyük növbələr var. İranlıların heç də hamısı bayramı Bakıda keçirtmək fikrində deyil. Bəziləri Gürcüstana gedəcək. Gürcüstanda otellər və digər xidmətlər ucuzdur...”

“Taksilər qiyməti qaldırıblar...”

Buna da bax: İrana gedən var. Sərhəd məntəqələrindəki növbələrin səbəbi nədir?

İran vətəndaşları Bakıya gediş haqqının da baha olduğunu deyirlər:

“Adi günlərdə taksilər Bakıya adambaşına 15 manat alırlar. İndi 4 nəfərlik taksilər qiyməti 150 manata qaldırıblar. Dövlətiniz Bakıya gedən nəqliyyat vasitəsi təşkil edilsəydi yaxşı olardı...”, – deyə İran vətəndaşlarından biri deyib.

Astara. İran-Azərbaycan sərhədi.
Astara. İran-Azərbaycan sərhədi.

Çıxış qapısının önündə otellər və başqa xidmətləri təklif edən şirkətlərin nümayəndələri də var.

Keçid məntəqəsindən bildirdilər ki, Astara Gömrük İdarəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər və gecə saatlarına qədər işləyəcəklər.

Buna da bax: Gürcüstan gömrüyündə 1 dəqiqə Azərbaycan gömrüyündə 1 saata bərabərdir

Martın 20-də bahar fəsli başlayır. Baharın gəlişi həm İranda, həm də Azərbaycanda Novruz şənlikləri ilə qeyd edilir. Hər il adətən Novruz tətili günlərində İrandan Azərbaycana gələn turistlərin sayı artır.

Astara. İran-Azərbaycan sərhədi.
Astara. İran-Azərbaycan sərhədi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG