Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:23

Gürcüstan gömrüyündə 1 dəqiqə Azərbaycan gömrüyündə 1 saata bərabərdir


Mirkazım Mirzəyev
Mirkazım Mirzəyev

«Azərbaycanın sərhəd-keçid məntəqələrində biabırçılıq davam edir. Gömrük normal işləmir. Bu barədə ölkə prezidentinə və Dövlət Gömrük Komitəsinə məktub yazmışam».

Bu sözlər Astara şəhər sakini Mirkazım Mirzəyevə məxsusdur. O, ötən il dekabrın 29-da tanışının Rusiyaya məxsus «Nissan» markalı minik maşınını etibarnamə ilə Azərbaycan ərazisindən keçməklə, Gürcüstandan İrana aparmaqdan ötrü «Sınıq Körpü» və «Sadıqlı» gömrük postlarında olub. O, «Sınıq Körpü» gömrük postunda gördüklərindən danışır: «Gürcüstan gömrük postunda sənədləşmələr 10-15 dəqiqə çəkdi. Burda heç bir maneə görmədik. Növbə də yox idi. Postu rahat keçdik. Azərbaycanın «Sınıq Körpü» gömrük postunda ilişib qaldıq».

Buna da bax-Ölkədən samovar çıxarmağa icazə almaq lazımdır

«12 SAAT BURDA GÖZLƏMƏLİ OLDUQ»

Onun deməsinə görə, bütün sənədlər yerində olub: «12 saat burda gözləməli olduq. Gecəyə düşdük. Soyuq məni kəsirdi. Əvvəl dedilər ki, Gömrük Komitəsindən verilən göstərişə əsasən, avtomobil Rusiya nömrə nişanı ilə İran İslam Respublikasına gedə bilməz. Bu bəhanə alınmadıqda, maşını İnterpolunaxtardığını bildirdilər. Bu faktın da yalan olduğunu sübut edə bildim. Sonra dedilər ki, bayırda gözlə. Təxminən bir saatdan sonra mənə dedilər ki, vəkalətnamə saxtadır».

«BƏHANƏLƏR, BƏHANƏLƏR, BƏHANƏLƏR...»

Mirkazım Mirzəyev gömrük əməkdaşlarının sadaladıqları məsələləri aydınlaşdırmaq məqsədilə hüquqşünasla əlaqə saxlamalı olub: «Vəkalətnamədə telefon nömrəsi var. Dedik ki, bu nömrəyə zəng edib həqiqəti öyrənə bilərsiniz. Məcbur olub bunun üstündən də keçdilər. Lakin növbəti bəhanə ilə üzləşdik. Növbəti bəhanələri bu oldu ki, avtomaşının Azərbaycan ərazisindən tranzit rejimdə keçməsindən ötrü depozit pul qoyulmalıdır. Yenə tanışlarıma zəng etdim, bu bəhanəni də onların nəzərinə çatdırdım. Gömrük Komitəsinin Qaynar xəttinə edilən zənglərdən sonra məlum oldu ki, tranzit maşınlar 72 saat ərzində ölkədən çıxmalıdır və bundan ötrü depozit qoyulması tələb olunmur».

Sürücü: "Sərhədi keçməyimiz üçün 400 dollar alırlar"
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Mirkazım Mirzəyevin dediyinə görə, minik maşını tanışınındır və ondan heç bir mənfəət güdmür. Sadəcə, tanışına kömək etmək istəyib.

«MƏNİ GÜRCÜSTANA GERİ QAYTARDILAR»

Onun bildirməsinə görə, gömrük işçiləribütün məsələlərinin həll edilməsi əvəzində ondan «haqq» almaq istəyiblər. Bunu açıq dilə də gətiriblər. O, isə bundan imtina edib: «Sonra məni aparıb izahat yazdırdılar. İndiyə kimi bilmirəm ki, bu izahat nəyə görə idi. Məqsədlərinin alınmadığını görəndə, məni heç bir səbəb olmadan Gürcüstana geri qaytardılar. Hətta məni hədələyib bildirdilər ki, burdan kimi istəsək buraxarıq, kimi istəməsək buraxmarıq».

Buna da bax-Banan düşüb, amma hələ də gömrükdə tapşırılan şirkətlər var [video]

«YOL VERGİSİNİ İKİNCİ DƏFƏ ÖDƏMƏLİ OLDUM»

Mirkazım Mirzəyev deyir ki, Gürcüstan gömrüyündə geri qayıtmağın səbəbini soruşublar: «Mən onlara həqiqəti deməyə utandım. Axı Azərbaycan vətənimdir. Amma onlar məsələni başa düşmüşdülər. Mənə bildirdilər ki, sizin gömrükdə belə hallar olur, öyrəşmişik. Mənə məsləhət gördülər ki, «Sadıqlı» gömrük postuna gedim və oradan Azərbaycana keçim. «Sadıqlı» gömrük postunda sənədləri yoxlayarkən məlum oldu ki, maşınsənədləşdirilib. Bu gömrük postunda yol vergisini ikinci dəfə ödəməli oldum».

«BİABIRÇILIQDIR»

O deyir ki, prezidentə və Dövlət Gömrük Komitəsinə (DGK) ünvanladığı məktubunda günahkarların cəzalandırılmasını istəyib: «Biabırçılıqdır. Bu ölkənin vətəndaşı kimi xəcalət çəkirəm. Bizim gömrük - Gürcüstanı demirəm heç - İranın, Rusiyanın gömrük postları qədər işləmir. Özbaşınalıq çoxdur. Binalar yaxşıdır, müasir avadanlıqlar var, lakin xidmətin səviyyəsi insanı dəhşətə gətirir...».

Aydın Əliyev siqaretin idxalının azalma səbəblərindən danışır
Gözlə

No media source currently available

0:00 0:00:40 0:00

DGK NƏ DEYİR?

Mirkazım Mirzəyevin dediklərinə münasibət öyrənmək məqsədilə Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət etdik. Oradan bizə yazılı müraciət etməyi tövsiyə etdilər. Bu il yanvarın 12-də sualları yazılı şəkildə komitəyə göndərdik. Bir gün sonra, yanvarın 13-də DGK-dən suallarımıza tezliklə cavab veriləcəyi ilə bağlı açıqlama aldıq.

Ancaq aradan iki həftəyə yaxın vaxt keçsə də, suallara cavab verilməyib. Halbuki, «İnformasiya əldə edilməsi haqqında» Qanunda qeyd edilir ki, informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq cavablandırılmalıdır.

MƏTBUAT KONFRANSINDA

Əslində, DGK sədri Aydın Əliyev yanvarın 19-da keçirdiyi mətbuat konfransında jurnalistlərin vətəndaşların sərhəddəki narazılıqları ilə bağlı suallarını cavablandırıb. Aydın Əliyev bildirib ki, onların işi ilə bağlı şikayətlər azalıb: «2015-ci ildə 1400-dən yuxarı şikayət daxil olub. 2016-cı ildə isə 200 şikayət azalıb. Say nöqteyi-nəzərindən, bu rəqəm çox görünməsə də, faiz baxımından ciddi azalma var.Şikayətlər, əsasən, sərhəd bölgələrindən daxil olur. Mən vətəndaşlara və iş adamlarına müraciət edərək bir daha deyirəm ki, sizə kimsə maneçilik törədirsə, biz müraciət edin».

Aydın Əliyev gömrükdə korrupsiya və monopoliya ilə bağlı deyilənlərlə razılaşmayıb. Bununla belə, o qeyd edib ki, ötən il 10 əməkdaşlarının cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG