Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

İran Fars körfəzində neft tankerini tutduğunu bildirir


İran İslam İnqilab Qvardiyasının üzvləri, Britaniya bayrağı altında üzən tankeri saxlayır, 21 iyul, 2019
İran İslam İnqilab Qvardiyasının üzvləri, Britaniya bayrağı altında üzən tankeri saxlayır, 21 iyul, 2019

İran İslam İnqilab Qvardiyasının Fars görfəzində neft tankerini tutduğu xəbər verilir.

Bu barədə avqustun 4-də İranın Dövlət informsiya vasitələri məlumat yayıb.

Məlumatda bildirilir ki, tanker ərəb ölkələrinə qaçaq yanacaq aparırmış.

İRNA agentliyinin məlumatına görə tanker koordinasiya və məhkəmə orqanlarının orderindən sonra saxlanıb.

İran ötən ay Britaniya bayrağı altında üzən neft tankerini də saxlayıb. İran hakimiyyəti tanker dəniz qaydalarını pozmaqda ittiham edir.

Bu , Britaniyanın Gibraltarda bir İran Tankerini saxlamasından bir neçə gün sonra baş vermişdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump 2018-ci ildə İranla nüvə sazişindən çıxdıqdan sonra iki ölkə arasındakı münasibətlər daha da gərginləşib.

ABŞ İranı sazişin şərtlərini pozmaqda və beynəlxalq terrorçuluğu dəstəklməkdə günahlandırır.

Tehran ittihamları rəddd edir.

ABŞ sazişdən çıxdıqdan sonra İrana qarşı sanksiyaları bərpa edib və onları daha da kəskinləşdirib.

İransa buna cavab olaraq nüvə fəaliyyətini-uran zənginləşdirilməsi üzərində işi bərpa edib.

ABŞ dəfələrlə bəyan edib ki, bu yaxınlarda Oman və Fars körfəzlərində neft tankerlərinə edilmiş hücumların arxasında birbaşa İran durur.

Tehran ittihamları rədd edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG