Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 12:40

İran neft tankerini tutduğunu deyir


İran-Hörmüz boğazı, Qeşm adası, 14 fevral, 2001 I

İran İnqilab Qvardiyasının Fars körfəzində xarici neft tankerini zəbt etdiyi bildirilir. Məlumata görə tankerdə 12 heyət üzvü var.

Bu barədə Associated Press agentliyi iyulun 18-də İranın dövlət televiziyasına istinadla xəbər verir.

Amma tankerin hansı ölkənin bayrağı altında üzməsi barədə məlumat verilmir.

İran dövlət televiziyasının iyulun 18-də verdiyi məlumatına görə, tanker iran qaçaqmalçılarından xarici müştərilərə yanacaq aparırmış.

İnsidentin Hörmüz boğazındakı Lark adasının yaxınlığında baş verdiyi bildirilir.

İyulun 16-da Hörmüz boğazında Panama bayrağı altında üzən "Riah" adlı neft tankerinin itməsi barədə məlumat yayılmışdı.

Az sobra İranın xarici işlər nazirliyi bəyan elədi ki, tangerdə texniki nasazlıq yarandığından İran hərbçiləri onu təmir üçün limana çəkməli olublar.

ABŞ deyir ki, həmin tanker Birləşmiş Ərəb Əmirliklərinə məxsusdur və iyulun 13-dən onunla rabitə itibmiş.

Qeyd edək ki, bu il mayın 11-dən bu yana regionda azı 4 neft tankerinə hücum edilib.

ABŞ dəfələrlə bəyan edib ki, bu hücumların arxasında İran durur.

İransda ittihamları rədd edir.

İyulun 4-də isə Böyük Britaniyanın dəniz piyadaları Gibraltarda sanksiyaları pozaraq Suriyaya neft aparmaqda şübhəli bilinən İran tankerini saxladı.

Tehransa buna cavab veriləcəyini bəyan elədi.

Bundan sonra-iyulun 9-da İran gəmilərinin də Britaniyanın bir neft tankerini zəbt etməyə cəhd etmələri barədə məlumat yayıldı.

Amma Tehran bunu inkar edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG