Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:05

İrandakı müəllimlər təşkilatı etirazlara görə məmurları günahlandırır


İranda etiraz
İranda etiraz

İrandakı “Müəllimlər təşkilatı” bəyan edib ki, ölkədki etirazlar, yoxsulluq, infilyasiya və işsizliyə görə dövlət məmurları cavabdehlik daşıyır.

Bu barədə Azadlıq Radiosunun iran xidməti məlumat yayıb.

“Müəlimlər həmkarlar ittifaqı koordinasiya şurası”nın yanvarın 12-də “Teleqram” şəbəkəsində yadığı bəyanatda deyilir ki, yaranmış vəziyyətə “dövlət məmurlarının qeyri-düzgün idarəçiliyi səbəb olub”.

Bəyanatda qeyd edilir ki, iranlılar “pis iqtisadi şərait, müntəzəm ayrı-seçkilik, korrupsiya, yoxsulluq və sosial ədalətsizliyə” etiraz edirlər.

Təşkilt bildirir ki son illər dinc nümayişlər keçirmək barədə müraciətləri daima hökumət tərəfindən rədd edilib, orta təbəqənin ağır vəziyyətdə olması barədə bəyanatlarına məhəl qoyulmayıb.

Bəyanatda həmçinin ölkədə müxtəlif səviyyələrdə qeyri-düzgün iradəçilik və vəzifə səlahiyyətlərindən sui-istifadənin geniş yayıldığı bildirilir.

İrandakı müstəqil həmkarlar ittifaqı da yanvarın 5-də eyni bəyanatla çıxış edib.

Foto arxiv
Foto arxiv

Təşkilat bildirirb ki, dəfələrlə maaşların azlığından şikayətlənsələr də heç vaxt onların səsinə qulaq asan olmayıb.

Qeyd edək ki, İran hakimiyyəti bu təşkilatları tanımır.

Dekabrın 28-də Məşhəddə qiymət artımı və digər problemlərə etiraz olaraq keçirilən nümayiş ölkənin 90-dan çox şəhər və qəsəbəsinə yayıldı.

Buna da bax: İran etirazlarından kim güclü çıxdı

Bu etiraz aksiyaları zamanı azı 22 nəfər ölüb, mindən çox adamsa həbs edilib.

İranın ali dini lideri Ayatollah Khamenei etiraz aksiyalarına görə “xarici düşmənləri” günahlandlrlr.

Buna da bax: Khamenei-nin 29 illik hakimiyyətinə kölgə salan videonu niyə sızdırıblar?

Prezident Hasan Rouhani isə insanların iqtisadi , siyasi və sosial tələbləri olduğunu etiraf elədi, bildirdi ki, iranlıların tələb etmək haqqı var və biz onları eşitməliyik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG