Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 09:22

Tanınmış iranlı mühacirlər Xameneyidən tələb edirlər ki…


Ayətüllah Əli Xameneyi
Ayətüllah Əli Xameneyi

Ölkədən kənarda yaşayan onlarca iranlı mədəniyyət və sənət adamı İranda son zamanlar yer alan kütləvi həbs dalğasını pisləyiblər

Ölkədən kənarda yaşayan onlarca iranlı mədəniyyət və sənət adamı İranda son zamanlar yer alan kütləvi həbs dalğasını pisləyiblər.

Onlar üç kino rejissoru və bir siyasətçi də daxil onlarla tanınmış şəxsin həbslərinə görə rəsmiləri ittiham etmiş, ali rəhbər ayətüllah Əli Xameneyini “xalqla toqquşmamağa” çağırışmışlar.

140 mühacirin iyulun 15-də açıqlanmış bəyanatında saxlananların dərhal azad olunması və repressiyalara son qoyulması tələb olunur.

Bəyanatda İranın dini hakimiyyətinə cəmiyyətdə təhdid və xof atmosferi yaranmasına yol verməmək çağırışı edilir.

Bəyanat mühacirətdə yaşayan müğənnilər, yazıçılar, jurnalistlər, bəstəkarlar və rejissorlar tərəfindən imzalanıb.

Açıq məktublara sərt reaksiyalar

İranda tanınmış fəalların və kinematoqrafçıların son zamanlarda keçirilmiş həbsləri kəskin beynəlxalq tənqidlərlə üzləşib.

ABŞ Dövlət Departamenti, Human Rights Watch insan haqları təşkilatı, İran Yazıçılar Assosiasiyası, Avropanın bir sıra kino və sənət festivalları İran hökumətinin hərəkətini tənqid ediblər.

Bəyanatda deyilir ki, İranın çoxsaylı təıhlükəsizlik qurumları və siyasət idarələri “xalqa qarşı açıq hücumlarını” Əli Xameneyinin birbaşa göstərişi ilə həyata keçirirlər.

Bəyanat müəllifləri hər bir kəsin, hər bir siyasi və vətəndaş qrupunun tənqid azadlığı hüququnu, bütün təbəqələrdən olan insanların etiraz və tətillərini dəstəklədiklərini bildiriblər.

Bəyanatda fəallardan Məhəmməd Rəsulof, Mustafa əl-Əhməd və Cəfər Pənahinin adları xüsusi qeyd olunur və onların “dərhal və qeyd-şərtsiz” azad olunmasına çağırış edilir.

300 kino və sənət fəalının Rəsulofun və Əhmədin həbslərini pisləyən 9 iyul bəyanatına kinorejissor Pənahi də qoşulmuşdu.

Rəsulof və Əhməd başqa İran kinematoqrafçıları ilə birlikdə təhlükəsizlik qüvvələrini “silahlarını yerə qoymağa” çağıran, ölkədə baş alıb gedən korrupsiya, oğurluq, səriştəsizlik və repressiyanı pisləyən açıq məktub yazmışdılar.

100 kinematoqrafçının imzaladığlı bu məktubda təhlükəsizlik qüvvələrinə “silahlarını zülmkarlara qarşı çevirmək” çağırışı edilirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG