Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:06

Tehran Londondakı farsdilli telekanalın işçilərini cəzalandırır


Iran International TV telekanalının London studiyalarından biri
Iran International TV telekanalının London studiyalarından biri

İran bildirir ki, Londonda mənzillənmiş farsdilli televiziya kanalı ilə bağlı olan fərdlərə qarşı cəza tədbirləri tətbiq edir.

Tehran bu telekanalı İranda ötən həftə baş vermiş kütləvi antihökumət etirazlarını qərəzli işıqlandırmaqda ittiham edir.

Noyabrın 26-da İran ədliyyəsinin rəsmi internet saytında bildirilir ki, Iran International TV telekanalı ilə bağlı olan fərdlərin daşınmaz əmlakına “hüquqi məhdudiyyətlər” qoyulub.

Məlumatda tədbirin detalları açıqlanmır.

Iran International telekanalı İranın Kəşfiyyat Nazirliyini “telekanalın bəzi əməkdaşlarının Tehran və başqa şəhərlərdəki qohumlarının qısnanmasında” ittiham edib.

2017-ci ildən fəaliyyət göstərən bu telekanalın Səudiyyə Ərəbistanına bağlı olduğu düşünülür.

İran rəsmiləri Səudiyyə Ərəbistanını, Birləşmiş Ştatları və İsraili ölkədəki son həyəcanları qızışırmaqda ittiham edib.

Amnesty International kütləvi etiraz aksiyalarında 143 nəfərin həlak olduğunu bildirib.

İran hakimiyyət orqanları bu iddianı rədd edir.

Bu da qeyd olunmalıdır ki, ötən həftə etirazların davam etdiyi günlərdə Tehran ölkə internetini tamamilə “söndürmüşdü”.

Bu səbəbdən İranda baş verən hadisələr barədə səhih və qərəzsiz məlumat almaq az qala mümkün deyildi.

Noyabrın 22-də İranın Britaniyadakı səfiri Birləşmiş Krallıqda media tənzimləyicisi olan quruma – Ofcom-a Londondakı farsdilli media şəbəkəsinin - Iran International TV, Manoto telekanalını və BBC-nin Fars xidmətinin İrana qarşı “düşmən” münasibətindən şikayət etdiyini bildirmişdi.

Səfir Hamid Baeidinejad sözü gedən şəbəkələri “İranda son vaxtlar baş verən hadisələri qərəzli şəkildə təhrif etməkdə və İran vətəndaşlarını geniş zorakılıqlara çağırmaqda” ittiham edir.

2017-ci ildə BBC özünün Fars xidmətində çalışan 150 nəfərlə bağlı olanların İrandakı əmlakına həbs qoyulmasına görə BMT-yə müraciət etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG