Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:34

Larijani ilə Rouhani arasında yeni gərginlik


Sadegh Larijani, İran
Sadegh Larijani, İran

İran məhkəmə sisteminin mühafizəkar rəhbəri Ayatollah Sadegh Larijani ilə prezident Hassan Rouhani arasında gərginlik və ziddiyyət yeni mərhələyə qədəm qoyub. Larijani deyir ki, Rouhani həbs edilmiş maqnat Babak Zanjani-dən pul almaqda ittiham olunur.

Dekabrın 2-də, hökumət, nazirlər, təşkilatlar və yerli hökumətlərə nəzarət və təftiş komitəsinin xüsusi iclasında Rouhani korrupsiyaya görə ölümə məhkum edilmiş Zanjani-nin məsələsini qaldırıb.

"Bir adamın 3 milyard dolları təkbaşına oğurlaması mümkündürmü? O, kimə bağlıdır? Ona kim kömək edib? Onun tərəfdaşları kim olub? Onların mövqeyi nədir? Neft bu şəxsə necə verilib? Pul bu şəxsə necə ötürülüb? Məhkəmə bu məsələni araşdırıb və hökm çıxarıb. Ancaq insanların sualları qalmaqdadır. İndi onlar Zanjani-ni edam etmək istəyirlər. Tutalım, o edam edildi. Bəs itmiş pul necə oldu? Bu adamın əlindəki pullar necə oldu və onlar hara getdi?" – deyə prezident sual edib.

Hassan Rouhani, Bişkekdə, 23 dekabr 2016
Hassan Rouhani, Bişkekdə, 23 dekabr 2016

3 MİLYARDDAN DAHA VACİBİ

İranın ən zəngin adamlarından biri olan Zanjani 2013-cü ilin dekabrında həbs edilib. Onu İranın Neft nazirliyinə məxsus milyardlarla dollarlıq neft pullarını mənimsəməkdə ittiham edirlər. Həmin illər ərzində İran öz nüvə proqramına görə ABŞ və Qərbin ağır sanksiyalarına məruz qalmışdı. Zanjani Türkiyədən Malayziyaya və Birləşmiş Ərəb Əmirliklərinə qədər uzanan şirkətlər vasitəsilə milyardlarla dollarlıq neft sövdələşmələri təşkil etməyə nail olub. Zanjani hələ "Aseman" jurnalına müsahibəsində bu əməliyyatlardan 10 milyard dollar vəsait topladığını bildirmişdi:

“Mən, İran xalqının təmsilçisi və konstitusiyanın təminatçısı kimi, milyardlarla dollarlıq dövlət vəsaitinin mənimsənilməsi kimi mühüm hallarda xalqın suallarına cavab verilməlidir. Çünki onlara cavab verilməyəndə biz 3 milyard dollardan daha vacib şeyi itiririk... Söhbət xalqın etimadından və sosial kapitaldan gedir”.

Məhkəmə sisteminin rəhbəri prezidentin bu çıxışına qarşı sərt mövqe tutub. Yanvarın 2-də yüksək rütbəli məhkəmə rəsmiləri ilə görüşündə Larijani belə deyib: “Biz bəzilərinin nüfuzunu xilas etmişik, çünki cənab Babak Zanjani çox söz deyib".

“LAZIM GƏLƏRSƏ...”

Iranlı buznesmen Babak Zanjani məhkəmədə, 17 noyabr 2015
Iranlı buznesmen Babak Zanjani məhkəmədə, 17 noyabr 2015

“Babak Zanjani deyir ki, o, prezidentin seçki kampaniyasına milyonlarla dollar (2013-cü ilin prezident seçkiləri zamanı) ianə edib. Biz onun sözlərini tam həqiqət kimi qəbul etmirik. O, çox söz deyir və çox iddianı müzakirə edir. Belə şeylərə fikir versəydik, onda bu məsələlərlə əlaqəsi olan şəxsləri də saxlamalı idik.

...İndi əgər siz [yəni Rouhani] deyirsinizsə ki, biz pərdə arxasındakı məsələlərin dalınca düşək, etiraz etmirəm. Biz onun adını hallandırdığı hər bir şəxsi saxlayacağıq. Lazım gələrsə, məsələni aydınlaşdırana qədər həbsdə saxlayacağıq", – deyə Larijani sözünə davam edib.

"Onlar deyirlər ki, ... xalq pulun hara xərcləndiyini bilməlidir. Biz də... pulun hara xərcləndiyini axtarırıq. Prezident ofisinin pulu hara xərclənib? Bizim üçün axtarıb tapmaq çətin deyil... görək kim onlara təhlükəsizlik qüvvələrini bilgiləndirmədən son dərəcə texniki təhlükəsizlik avadanlığını prezident ofisinə keçirməyəicazə verib. Pulu haradan alıblar?” – deyə Larijani sual edib.

“XƏRCLƏRİMİZİ BƏYAN ETMƏYƏ HAZIRIQ”

Bir gün sonra, yanvarın 3-də isə prezidentin müşaviri Akbar Torkan "Jamaran" xəbər saytına müsahibə verərək Zanjani-nin Rouhani-nin seçki kampaniyasını dəstəklədiyi barədə ittihamları rədd edib.

Akbar Torkan, 1989
Akbar Torkan, 1989

“Digər namizədlər də pulu kimdən aldıqlarını və hara xərclədiklərini açıqlasalar, biz prezident seçkiləri dövründəki xərclərimizi bəyan etməyə hazırıq", – deyə o bildirib.

Elə həmin gün, parlamentin planlaşdırma və büdcə komissiyasının üzvləri ilə görüşdə Rouhani Larijani-nin sözlərinə reaksiya verib.

“Xalqın maraqlarını nala-mıxa vurmaqla və düşüncəsizliklə qorumaq olmaz. Hər kəs öz səlahiyyətləri və vəzifələri çərçivəsində hərəkət etməli və ictimai rəyə cavab verməlidir. Məhkəmə də bu mənada çox ağır məsuliyyət daşıyır və həssas olmalıdır", – Rouhani deyib.

Son aylar ərzində Larijani və Rouhani arasında müxtəlif məsələlər, o cümlədən konsertlərin ləğvi və siyasətçilərin nitqləri ilə bağlı gərginlik yaşanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG