Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:56

İran Hörmüz boğazını bağlamaqla hədələyir


Hassan Rohani
Hassan Rohani

İran prezidenti Hasan Rohani bir daha Hörmüz boğazını bağlamaqla hədələyib.

Dünya üzrə satılan neftin demək olar ki, 1/3-I bu boğazdan daşınır.

Bu barədə İranın dövlət televiziyası dekabrın 4-də məumat yayıb.

“Əgər ABŞ İrandan neft idxalını əngəlləsə, Fars körfəzi ilə neft daşınmayacaq” deyə Rohani vurğulayıb.

İran prezidenti həmçinin deyib ki, Birləşmiş Ştatlar İrandan xam neft ixracını əngəlləyə bilməyəcək.

Qeyd edək ki, Hasan Rohanı belə bir bəyanatla, ABŞ prezidenti Donald Trumpın, ölkəsinin İranla nüvə sazişindən çıxmasını bəyan etməsindən sonra da çıxış edib.

Birləşmiş Ştatlarbu ilin mayında 2015-ci ildə Tehranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdı və İrana qarşı sanksiyaları tam bərpa elədi.

Bundan sonra bir sıra şirkətlər bu ölkədən çıxdıqlaını bəyan ediblər.

Amma sazişə imza atan Almaniya, Fransa,Böyük Britaniya, Çin və Rusiya bu sanksiyalara qoşulmayacaqlarını vəd ediblər.

Həmin sazişə görə İran nüvə fəaliyyətini dayandırmış və əvəzində ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG