Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

ABŞ iranlılara qarşı ittiham irəli sürür


Rod Rosenstein
Rod Rosenstein

ABŞ hökuməti doqquz iranlıya və bir İran şirkətinə qarşı, İran hökuməti tərəfindən yüzlərlə universitetdən, onlarca şirkətdən, BMT-dən və ABŞ hökumətinin müxtəlif strukturlarından hakerlik sxemi ilə “nəhəng həcmdə” məlumat oğurlamaqda ittiham edib.

Baş prokuror müavini Rod Rosenstein və başqa hüquq-mühafizə rəsmiləri bu ittihamları martın 23-də elan ediblər.

Rosenstein deyib ki, sözü gedən şəxslər illər ərzində İran hökuməti, xüsusilə də İslam İnqilabı Keşikçiləri üçün məlumat oğurluğu ilə məşğul olublar.

ABŞ rəsmiləri deyirlər ki, ittiham edilənlər İran hökuməti üçün hakerlik fəaliyyəti göstərən Mabna İnstitutu adlı şirkətlə bağlı olublar.

ABŞ prokurorları bildirirlər ki, bu şirkət İranın tədqiqat müəssisləri üçün informasiya oğurlayırdı.

Vaşinqton bildirir ki, “bu ittiham olunan şəxslər artıq ədalətdən qaçaqdırlar və onlar dünyanın 100-dən çox ölkəsində yaxalanaraq ABŞ-a ekstradisiya edilə bilərlər”.

ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Mabna İnstitutuna, 9 iranlıya və başqa bir hakerlik işi üzrə keçən Skote Vəhşət ləqəbli Behzad Mesriyə sanksiyalar qoyulub.

ABŞ Ədliyyə Nazirliyi martın 23-də bildirib ki, Mabna İnstitutu işi üzrə keçən şəxslər ABŞ-ın 144 və başqa ölkələrin 176 universitetindən 31 terabaytdan çox elmi məlumat və intellektual mükiyyıət oğurlayıblar.

Məlumatda deyilir ki, hakerlik fəaliyyəti prosesində 100 mindən çox professorun elektron poçtu hədəflənib və onlardan təxminən 8 mini sındırılıb.

Prokurorlar deyirlər ki, hakerlər habelə ABŞ-ın Əmək Nazirliyini, Federal Enerji Tənzimləyici Komissiyasını və BMT-ni hədəfləyiblər.

Ədliyyə Nazirliyi bunu indiyədək mühakimə edilmiş işlərin arasında dövlət tərəfindən sponsorlaşdırılan ən böyük hakerlik fəaliyyəti adlandırır.

Buna baxmayaraq ittiham edilənlərin ABŞ-da mühakimə olunması ehtimalı çox azdır, çünki İran və ABŞ arasında ekstradisiya mübadiləsinə dair saziş yoxdur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG