Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

İrana bu qanunun qəbulu üçün iyunadək vaxt verilib


İranda mühafizəkarların FATF-ın tələblərinə qarşı təşkil etdikləri etirazlardan biri
İranda mühafizəkarların FATF-ın tələblərinə qarşı təşkil etdikləri etirazlardan biri

Çirkli pulların yuyulmasına qarşı beynəlxalq mübarizə qurumu bu sahədə müvafiq qanunun qəbul edilməsi üçün Tehrana dörd ay vaxt verib.

İran bu müddət ərzində çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı qanunu qəbul etməli, ya da banklarının beynəlxalq aləmdə ciddi çətinlikləri ilə üzləşməlidir.

Çirkli Pulların Yuyulmasına Qarşı Maliyyə İşçi Qrupu (The Financial Action Task Force) İran barəsində bu qərarı fevralın 22-də, özünün Parisdə keçirilən ilk iclasında qəbul edib.

İngiliscə qısa adı FATF olan hökumətlərarası qrupun bəyanatında deyilir:

"Əgər İran 2019-cu ilin iyununadək FATF standartlarına uyğun olaraq çatışmayan qanunverciilik aktını qüvvəyə mindirməzsə, FATF İranda mənzillənmuiş maliyyə təsisatlarının şöbə və filiallarına gücləndirilmiş təftiş tətbiq edəcək”.

FATF bildirib ki, İran bu istiqamətdə 2017-ci ildən bəri bir sıra qanunvericilik tədbirləri görüb, amma daha çox hərəkətə ciddi ehtiyac var.

Təşkilat İranı habelə BMT tərəfindən terrorçu kateqoriyasına salınmış təşkilatlara istisna hüququ verən qanunların dəyişdirilməsinə çağırıb. Hazırda İran “xarici işğala, müstəmləkəçilik və irqçiliyə son qoymaq” istəyən qruplara istisnalar tanıyır.

Tehrandan həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq “terrorçu mülkiyyətin” tam müəyyənləşdirilərək dondurulması tələb olunur.

Xarici bizneslər bildirirlər ki, İranın FARF-ın qara siyahısında qalması bu ölkəyə investisiya yatırımları üçün əsas maneədir.

İrandakı sərt xətt-hərəkət tərəfdarları sözü gedən tədbirlərin həyata keçirilməsinə etiraz edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG