Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Oktyabr, bazar, Bakı vaxtı 20:03

İran etirazları barədə nə bilirik?


Son günlər İranın böyük şəhərlərində kortəbii etirazlar və küçə toqquşmaları baş verir. Müşahidəçilər deyirlər ki, buna başlıca səbəb, milli valyuta rialın məzənnədən düşməsi də daxil, iqtisadi çətinliklərdir.

İranda informasiyanın toplanması son dərəcə çətin olduğundan və təhlükəsizlik xidmətləri tərəfindən bloklanmasından hazırkı etirazların miqyasını müəyyən etmək problemlidir.

Lakin İran mediası paytaxtın 50 kilometrliyində yerləşən Kərəc şəhərində bir etirazçının öldüyünü xəbər verib.

ABŞ prezidenti Donald Trump İran üzərinə sanksiyaların yenidən bərpa ediləcəyini bəyan edəndən bəri rialın məzənnəsi sürətlə düşür.

Etirazların xəritəsi
Etirazların xəritəsi

Etirazlar hardan başlanıb?

Dekabr-yanvar ayılarında baş vermiş etirazlar ölkənin 80-dək yaşayış məntəqəsinə yayılmışdı.

İndiki etirazların bundan xeyli zəif olduğu başa düşülür. Amma bu da nəzərə alınmalıdır ki, etirazlar ötən həftə başlanıb.

Ümumilikdə media xəbərlərindən anlaşılır ki, hazırkı etirazlar əsasən Tehranın həndəvərindəki məntəqlərdə baş verir. Buna baxmayaraq Məşhəddə, İsfahan və Şirazda da etirazların olduğu xəbər verilib.

Etirazçıların sayı nə qədərdir?

İranın hakimiyyət orqanları bu kimi məlumatların yayılmasını əngəlləyir. Bununla belə hazırkı etirazların ölçüsü daha kiçikdir.

Şahidlər bildirilər ki, etirazlardakı şüarlar əsasən iqtisadidir, lakin ölkənin dini hakimiyyətini hədəfləyən siyasi şüarlar da eşidilir.

Kərəc şəhərində bir etirazçının öldürülməsi xəbəri ehtirasları gözlənilmədən coşdura bilər. Həmin şəxsin küçədən keçən avtomobildən odlu silahla vurulduğu deyilir.

Etirazçıların tələbləri nədir?

Əsas tələblər iqtisadi mahiyyət daşısa da, etirazlarda Tehranın Hizbullah və Həməs kimi xarici qruplara dəstəyi pislənir, ölkənin dini liderləri tənqid olunur.

Bu etirazlarda da bəzi adamlar şah dövrünün xiffətini çəkdiklərini bildiriblər.

AzadlıqRadiosuna göndərilən videolarda belə şüarlar eşidirlir:

“Bahalığa və inflyasiyaya yox.”

“Bizə bacarıqsız rəsmilər lazım deyil.”

“Nə Qəzza, nə Livan, canım İrana qurban.”

“Diktatora ölüm.”

“Düşmənimiz burdadır. Düşmən Amerikadadır deyənlər yalan danışırlar.”

"Rza şah, ruhun şad olsun.”

“İranlılar tələblərinizi dilə gətirin.”

"Polis, bizə dəstək ver.”

“Hizbullaha ölüm.”

“Khamenei-yə ölüm.”

“Mollalar, rədd olun.”

“Qorxmayın, birlikdəyik.”

İran rəsmniləri etirazlara reaksiya veriblərmi?

Hələlik ali hakimiyyət səviyyəsində indiki etirazlara münasibət bildirilməyib.

Ötən həftə İranın daxili işlər naziri Rahmani Fazli etirazların əhəmiyyətini azaldaraq deyib ki, onları xaricdən qızışdırırlar:

“Onlar elə bilirlər ki, hardasa 50-200 nəfərin yığışması daxili vəziyyəti pozacaq”.

Buna baxmayaraq bəzi məlumatlara görə təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazlardan, dəyənək və rəngatan güllələrdən istifadə edirlər.

Boyayıcı güllələr polisin əl atdığı yeni vasitədir. Belə görünür ki, bundan etirazçıları “nişanlayıb” sonra aşkar etmək üçün istifadə olunur.

Bu etirazlar İranın dini rəhbərliyi üçün təhlükədirmi?

Bir sıra müşahidəçilər indiki etirazları dekabr-yanvar etirazlarının davamı kimi qiymətləndirirlər. Amma əksər təhlilçilərin fikrincə bu etirazlar hakimiyyət üçün ciddi hədə yaratmır.

Siyasi fəal və keçmiş siyasi məhbus Bahman Amoei The New York Times qəzetinə deyib ki, indiki etirazlar zəncirvari reaksiya verməyəcək, çünki hakimiyyət ictimai fikrə təsir göstərmək üçün geniş imkanlara malikdir.

Onun fikrincə adamlara təlqin edilir ki, hazırkı status quo onların xeyrinədir və hər hansı dəyişiklik daha baha başa gələ bilər.

Keçmiş millət vəkili və hüquq professoru Ghasem Sholeh Saadi isə AzadlıqRadiosuna tamam fərqli fikir bildirib:

“Hakimiyyət bu hərəkatı cilovlaya bilməyəcək, çünki adamların etiraz etdiyi siyasi və iqtisadi səbəbləri aradan qaldırmaq iqtidarında deyil”.

XS
SM
MD
LG