Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:38

İranın hazırkı durumu 'SSRİ-nin son illərini xatırladır'


Belçikada İrandakı etirazçılara dəstək aksiyası - 3 yanvar 2018
Belçikada İrandakı etirazçılara dəstək aksiyası - 3 yanvar 2018

Yanvarın 5-də BMT Təhlükəsizlik Şurası xüsusi iclas keçirərək İranda etiraz aksiyaları ilə bağlı yaranmış durumu müzakirə edib. ABŞ etirazların genişmiqyaslı münaqişəyə çevrilə biləcəyindən narahatlıq bildirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasily Nebenzia isə deyib ki, «ABŞ BMT TŞ-nın verdiyi meydandan sui-istifadə edir və qurumun nüfuzuna xələl gətirir». O əlavə edib ki, Vaşinqtonun islam respublikasına «allergiyası» var.

İsrailli politoloq, Şərq Tərəfdaşlığı İnstitutunun prezidenti Avraham Shmulevich deyir ki, İrandakı rejimə bənzər rejimlər özü-özünə süqut etmir və heç bir diktator rejimi cəmi bir etirazdan sonra çökmür.

Ruslar unudurlar, farslar isə...

Etirazçıların şüarları arasında «Rusiyaya ölüm!» şüarı da olub. Shmulevich hesab edir ki, bu, təsadüfi deyil. Onun sözlərinə görə, İran təkcə Yəmən və İsraildə yox, Suriya münaqişəsində də tərəf kimi çıxış edir. Suriya prezidenti Bashar al-Assad-ın arxalandığı əsas qüvvə isə Rusiyadır. Beləliklə, Rusiya Suriyada İranın əsas müttəfiqidir. Etirazçıların Rusiyaya qarşı şüarları da bununla bağlıdır.

Vladimir Putin və Ali Khamenei
Vladimir Putin və Ali Khamenei

«Ancaq bir məsələ də var: Rusiyanı İranda əhalinin heç bir təbəqəsi sevmir, mollalar da, onlara qarşı olanlar da. Rusların bir gözəl xüsusiyyəti var: hansısa xalqa pislik edəndə, bunu asanlıqla unudurlar, özlərinə bağışlayırlar, ümumiyyətlə xatırlamırlar. Rusiyada bilmirlər ki, farsların Rusiyaya hansı iddiaları ola bilər. Bu iddalarsa çox ciddidir. XVII–XIX əsrlərdə Rusiya İranı Qafqazdan çıxarıb. XX əsrdə çar rejimi vaxtı İranda öz evindəki kimi at oynadıb. Ən əsası isə, müasir Rusiyada heç kim 1941-ci ildə sovet qoşunlarının ingilislərlə birlikdə İranı işğal etdiyini xatırlamır. Sovet qoşunları döyüş nəticəsində Tehranı ələ keçirib, parlamenti qovub. Bu, İngiltərə ilə Rusiya arasında sazişə görə edilib. Müttəfiqlər Tehranda almanpərəst rejimin hakimiyyətə gələcəyindən qorxurdular. Hərçənd, farslar iddia edirdilər ki, onların Almaniyayla müttəfiqlik iddiası olmayıb. 1941-ci ildə SSRİ İranda bütün çörək ehtiyatını müsadirə edib və real aclıq başlayıb. Sovet hökumətinin etdiyi adi Qolodomor (20-30-cu illərdə sovet rejiminin öz ərazisində yürütdüyü aclıq siyasəti nəzərdə tutulur - tərc.) idi. Çoxlu insan tələf olub. Bunu İranda çox yaxşı xatırlayırlar. İranın ən islamçı prezidenti Ahmadinejad bu aclığa görə rəsmən Rusiya Federasiyasından təzminat tələb etmişdi. Görünür, Rusiyada heç kim bunu hiss etməyib. Ancaq farsların qədim dövlətçilik ənənəsi var, onlar gözləməyi bacarırlar. ...İranda İslam inqilabının müəllifi Khomeini-nin irsini yaxşı xatırlayırlar. O, ABŞ-ı «böyük şeytan», Sovet İttifaqını, Rusiyanı isə «kiçik şeytan» adlandırırdı. Ayətullaların hakimiyyətdə qalacağı halda İranın Rusiyanın uzunmüddətli müttəfiqi olacağını düşünmək sadəcə tarixi, İran xalqının əhval-ruhiyyəsini və siyası gedişatı bilməməkdir», – politoloq deyir.

ABŞ-dan İrandakı etirazçılara dəstək
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

«İslam sovet ittifaqı»

Shmulevich hesab edir ki, İranın hazırkı vəziyyəti SSRİ-nin son illərini xatırladır. O, hətta son illərdə yazdığı bir məqaləsini «İslam Sovet İttifaqı» adlandırıb:

«Həqiqətən oxşarlıq var: ideoloji rejim artıq tamamilə çürüyüb. Etirazlardan az öncə sarı «Porsche» saatda 200 kilometr sürətlə gələrək ağaca çırpılır. Sükan arxasındakı qızın yanındakı maşının sahibi, Tehranın zəngin uşağı Mohammad Rabani Shirazi imiş. O, tanınmış İran ayətullasının oğludur.

Xarici KİV-lər İran ayətullalarının və ...rəhbərlərinin övladlarının fotolarını dərc edirlər. Onlar, az qala, toples (köynəksiz) şəkil çəkdirirlər, cürbəcür məclislər keçirirlər, narkotik maddə istifadə edirlər və s. Tehranın zəngin gənclərinin çoxu ayətullaların, yüksəkrütbəli zabitlərin və s. övladlarıdır. Xalqsa bunu görür. Rejimin dayağı olan İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) dövlət içində dövlətə çevrilib, İran iqtisadiyyatının 30%-nə nəzarət edir. Ancaq bu sərvətlərin çoxu sıravi döyüşçülərə gedib çatmır, hamısını yüksəkrütbəli zabitlər alır. İİKK və «Bəsic»in adi döyüşçüləri öz generallarının sərvətini qorumaq arzusu ilə alışıb-yanmırlar. Sovet İttifaqı ilə ümumi cəhətlər çoxdur», – o deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG