Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 23:55

İran Britaniyanın səfirini çağırıb


İran Milli Məclisinin oktyabrın 4-də keçirilən sessiyasında prezident İbrahim Rəisi ölkədəki “çatışmazlıqları” etiraf edib
İran Milli Məclisinin oktyabrın 4-də keçirilən sessiyasında prezident İbrahim Rəisi ölkədəki “çatışmazlıqları” etiraf edib

Sosial mediada yayılan videolarda Tehran, Kərəc, Şiraz və İsfahan şəhərlərində etirazçıların “Diktatora ölüm!” kimi şüarlar səsləndirdikləri görünür

İran Britaniyanın Tehrandakı səfirini çağıraraq bu ölkəni İranda iğtişaşları qızışdırmaqda ittiham edib. 22 yaşlı Məhsa Əmininin saxlanandan sonra ölümü İranda böyük etirazlara səbəb olub.

İran rəsmiləri iki həftədən çox davam edən nümayişləri xarici qüvvələrin əməli kimi qələmə verirlər.

Xarici İşlər Nazirliyinin bəyanatına görə, Britaniya rəsmiləri İranın daxili işlərinə qarışır, “antiiran fəaliyyətdə” əli olan ölkələrdən biri kimi şərhlər verib.

Britaniya səfiri, yaxud Londondakı rəsmilər, hələlik, bu ittihamları şərh etməyiblər.

+++

Rəisi iranlıları birliyə çağırır

Oktyabrın 4-də iranlılar aramsız olaraq davam edən etirazların 17-ci günündə yenidən antihökumət şüarları ilə küçələrə çıxıblar.

Universitetlərin və ali məktəb tələbələrinin nümayişlərə qatılması ilə etirazların miqyası bir az da böyüyüb.

Sosial mediada yayılan videoalrda Tehran, Kərəc, Şiraz və İsfahan şəhərlərində etirazçıların “Diktatora ölüm!” kimi şüarlar səsləndirdikləri görünür.

İran Milli Məclisinin oktyabrın 4-də keçirilən sessiyasında prezident İbrahim Rəisi ölkədəki “çatışmazlıqları” etiraf edib.

Lakin o da ölkənin ali rəhbəri ayətüllah Əli Xameneyi kimi etirazlara görə “xarici düşmənləri” günahlandırıb.

Şahidlər bütün ölkə boyunca evlərin damlarından şüarların səsləndirilməsi, saçların kəsilməsi və hicabların yandırılması kimi xaotik və kiçik itaətsizlik aktlarından xəbər verirlər.

Videolardan birində Tehran yaxınlığındakı Kərəc şəhərində tələbə qızların Təhsil Nazirliyinin rəsmisini qovduqları görünür. Tələbə qızlardan bəzilərinin hicabı yoxdur:

Tehranın Tehranpars və Ekbatan məhəllələrində etirazlar daha izdihamlı olub.

Burda çəkilmiş videolarda arxa plandan atəş səsləri gəlir.

Oktyabrın 4-də Gilan Universitetinin tibb tələbələri təcili yardım ambulanslarından nümayişçilərə qarşı istifadə olunmasına etiraz ediblər.

Oktyabrın 4-də yayılmış başqa bir videoda İsfahanın Taleqani küçəsində mağazaların etiraz olaraq bağlanması görünür.

Etirazlar 22 yaşlı gənc qadın Məhsa Əmininin hicab qaydasını pozduğuna görə polisə aparılmasından və orada ölməsindən sonra başlanıb.

Əmininin İran Kürdüstanındakı doğma şəhəri Sakızdan gələn videolarda tələbə qızların etiraz etdikləri görünür.

Videolardan birində Sakız şəhərindən məktəbli qızlardan biri: “Qorxmayın, biz birlikdəyik!” deyə çığırırdı.

Etirazlar başlanandan bəri İran boyunca aktyorlar, fəallar və jurnalistlər də daxil yüzlərlə nümayişçi həbs olunub.

Bakıdakı tıxacların günahkarı kimdir?
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

XS
SM
MD
LG