Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:42

İranda elektrik enerjisi və su qıtlığı yaşanır


İranda elektrik qıtlığı icməli su problemi yaradıb
İranda elektrik qıtlığı icməli su problemi yaradıb

Paytaxt Tehran başda olmaqla, bütün ölkə ərazisində hər gün 5-6 saat elektrik kəsintiləri qeydə alınır

Hər gün 5-6 saat elektrik olmur

Son illər İranda kommunal xidmətlərlə bağlı narazılıq tez-tez gözə çarpır. Özəlliklə bugünlərdə elektrik kəsintisi adi hal alıb. Hətta bununla bağlı etiraz aksiyaları da keçirilib.

Paytaxt Tehran başda olmaqla, bütün ölkə ərazisində hər gün 5-6 saat elektrik kəsintiləri qeydə alınır. Əsas səbəb ölkədə istehsal edilən elektrik enerjisinin həcmcə tələbdən az olmasıdır. Hazırda İranın günlük elektrik istehsalı 50 min meqavat səviyyəsindədir. Halbuki ölkənin günlük tələbi bundan, ən azı, 10-15 min meqavat daha çoxdur.

Elektrik enerjisindəki kəsintilərə görə xalqdan üzr istəyən prezident Həsən Ruhani ölkədə yaşanan problemi yağıntıların azalmasına bağlayıb.

O bildirib ki, ölkədə yağıntı miqdarının 50 faizdən çox azalması su bəndlərində elektrik enerjisi istehsalını dayandırıb və hazırda ölkədəki su bəndlərindən yalnız ikisi qismən fəaliyyət göstərir.

Prezident ölkədə işıqların tez-tez söndürülməsini elektrik sistemində anidən çökmənin qarşısının alınması ilə əlaqələndirib və əhalini elektrik enerjisindən qənaətlə yararlanmağa çağırıb. O, son illərdə hökümətin ölkədə enerji sistemini inkişaf etdirməkdə bağlı uğurlu layihələr gerçəkləşdirdiyini bildirib.

Ruhani ölkədə elektrik problemini birdəfəlik çözməyə imkan verən stansiyaların tikilməməsini ölkəyə tətbiq edilən sanksiyalara bağlayıb.

Azərbaycandan kömək

Elektrik sənayesinə məsul qurum bildirib ki, hazırda dövlət İranda elektrik enerjisi ixracını azaltmağa və hətta elektrik enerjisi ixracına dair müqavilələri dayandırmağa çalışır.

Elektrik enerjisi idxalının artırılması istiqamətində də işlər görülür. İndi İran Azərbaycandan, Türkmənistan və Ermənistandan elektrik enerjisi idxal edir.

Ötən ay İranın Energetika Nazirliyindən bildirmişdilər ki, Muğan elektrik ötürücü xətlərinin Azərbaycanın elektrik şəbəkəsiylə sinxronlaşdırılması Azərbaycandan elektrik enerjisi idxalına şərait yaradır. Hazırda bu ötürücü xətdən daxili şəbəkəyə 73 meqavat elektrik enerjisi verilir. Bu xətdən idxal olunan elektrik enerjisinin həcmi ən yüksək istehlak saatlarında 130 meqavatadək artırıla bilər.

Iranda etirazçılar polislə toqquşdu. Son 50 ldə görünməmiş quraqlıq
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Kəsintilər ekologiyaya da təsir göstərir

Elektrik enerjisi ilə bağlı yaşanan problem ölkə ekologiyasına da təsirsiz ötüşmür.

İranda ətraf mühiti qorumaqdan məsul qurumun rəhbəri bildirib ki, enerji çatışmazlığı ucbatından son dövrlər bir çox fabrik və zavodda mazutdan istifadə artıb. Bu da, öz növbəsində, atmosferə daha çox zəhərli maddə atılmasına gətirib çıxarır.

Son hesablamaya görə, ölkənin bəzi bölgələrində hava kirliliyi 176 mikroqramadək yüksəlib. Bu, yetərincə təhlükəli göstərici sayılır. Hava kirliliyi İranda hər il minlərlə insanın həyatını itirməsinə səbəb olur. Hətta bir neçə il öncə hava kirliliyi böhran həddinə çatdığından, ölkənin təhsil ocaqları tətiləburaxılmışdı.

Elektrikə qənaət - iş saatları azaldılıb, kriptovalyuta yasaqlanıb

Elektrik enerjisi çatışmazlığının təsiri təkcə işıqların sönməsi ilə hiss edilmir. Enerji böhranı ölkədə hətta iş rejimini də dəyişdirib. Hökümətin qəbul etdiyi qərara görə, Tehranda dövlət qurumları və ofislərdə iş saatı səhər tezdən saat 06:30-da başlayıb günorta saat 13:30-da bitəcək.

Bununlıa yanaşı, ənənəvi olaraq, həftənin cümə günü qapalı olan rəsmi qurumlar və banklar həftənin dördüncü günü də çalışmayacaq.

Ölkədə elektrik enerjisinə qənaət məqsədi ilə qəbul edilən daha bir qərar kriptovalyutalarla bağlıdır. Kriptovalyuta istehsalında yetərincə böyük həcmdə elektrik enerjisi istifadə edilir. Nəzərə almaq lazımdır ki, İran Çin, Rusiya, ABŞ, Qazaxıstan, Kanada və İslandiyadan sonra dünyada ən çox kriptovalyuta istehsal edilən 7-ci ölkədir.

İranda mayın 26-dan Sentyabrın 22-dək ölkədə kriptovalyuta istehsalına qadağa qoyulub. Elektrik enerjisinin istehsal və paylanmasına nəzarətçi qurumdan bildirilib ki, indiyədək ölkədə qanunsuz fəaliyyət göstərən 196 milyon 233 min kriptovalyuta isitehsal edən cihaz müsadirə olunub.

Qurumun açıqlamasında vurğulanıb ki, 1 Bitkoin istehsalı üçün istifadə edilən elektrik enerjisi ilə 35 min ev təsərrüfatının elektrikə ehtiyacını ödəmək olar. Bu səbəbdən, qurum xalqı qanunsuz kriptovalyuta istehsal edən müəssisələrlə bağlı rəsmi orqanlara məlumat verməyə çağırıb.

İşıq bir yana, su da yoxdur

Ölkədə su çatışmazlığı da gözə çarpır. İranın cənub-qərbində yerləşən və neft resursları ilə zəngin Xuzistan regionunda su çatışmazlığı xüsusən kəskinləşib.

Etnik ərəblərin məskunlaşdığı regionda su çatışmazlığı səbəbi ilə keçirilən aksiyalar sonda təhlükəsizlik qüvvələri ilə toqquşmalara yol açıb.

Etirazçılar su çatışmazlığı ucbatından mal-qaranın tələf olduğunu, təsərrüfatlarına ciddi ziyan dəydiyini bildiriblər. Rəsmi qurumlar ölkədəki su çatışmazlığını da quraqlıqla əlaqələndiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG