Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 16:30

BMT: İran bu il orta hesabla həftədə 10 nəfəri edam edib


İranın Londondakı səfirliyinin divarında antiedam qraffitiləri
İranın Londondakı səfirliyinin divarında antiedam qraffitiləri

İran xarici hökumətlərin və beynəlxalq insan haqları qruplarının ölüm cəzası ilə bağlı tənqidlərinə baxmayaraq mayın 10-da səhərin erkən saatlarında azı 8 nəfəri edam edib.

İran ədliyyəsinə bağlı Mizan xəbər agentliyi bildirir ki, mayın 10-da edam olunanlar “İranda kokain alveri ilə məşğul ən böyük kartelin üzvləri” olub.

İnsan haqları internet saytlarının məlumatına görə edam edilənlərin arasında Hüseyn Pəncak, Əbdülhüseyn Emami MüğəddəmBabək Ağayi adlı şəxslər var.

İran İnsan Haqları Təşkilatı və Henqav qrupu da edam olunanların narkotiklərlə bağlı ittihamlarla məhkum edildiklərini bildirirlər.

Ayrılqıda daha dörd nəfər mayın 10-da Rəcayişəhr həbsxanasında edam edilib.

Edam olunanların qohumları mayın 9-da onların ölüm cəzasına məhkum edilməsinə qarşı etiraz etmək üçün toplaşmışdılar.

Sosial media xəbərlərinə görə təhlükəsizlik qüvvələri etirazçıları atəş və gözyaşardıcı qazla qarşılayıb.

İranda son aylarda edamların artması beynəlxalq icmanın diqqətini çəkib və sərt tənqidlərə səbəb olub.

“Vahiməli statistika”

BMT-nin insan haqları üzrə ali komissarı Volker Turk mayın 9-da İranın edam statistikasını “vahiməli” adlandırıb və İslam Respublikasından edamların dayandırılmasını tələb edib.

O deyib ki, İran bu il orta hesabla həftədə 10 nəfəri edam edib.

İnsan haqları fəalları bildirirlər ki, son vaxtlarda edam saylarının artmasından məqsəd cəmiyyətdə xof yaratmaq və etiraz səslərini susdurmaqdır.

İranda “Peyğəmbərin təhqiri” kimi ittihamlarla edamların sayı da artmaqdadır.

Ötən həftə İran hakimiyyəti iki nəfərin – Yusif MehrdadSədrullah Fazeli Zarenin sosial mediada “ateizm təbliğatı və islamı müqəddəslərin təhqiri” ittihamları ilə edam edildiklərini etiraf edib.

Bu da xəbər verilir ki, iki il bundan əvvəl Türkiyə aeroportlarından birində itmiş İsveç-İran ikili vətəndaşı Həbib Çaab da terrorizm ittihamı ilə məhkum edilərək edam olunub.

“Edam sənəti”

Norveçdə mənzillənmiş insan haqları təşkilati bildirir ki, İranda son iki həftədə hər altı saatdan bir kimsə edam edilib.

İranın müxalifət fəallarından Hamed İsmailiyyun “günahsız insanları qəssab dəhrəsindən xilas etmək üçün” adamları küçələrə çıxaraq etiraz etməyə çağırıb.

İran İnsan Haqları təşkilatı bildirir ki, İranda bu il indiyədək 205 nəfər edam olunub. Bunların əksəriyyəti narkotiklərlə bağlı mühakimə edilənlər olub.

Bu da bildirilir ki, son iki həftədə edam olunmuş 40 nəfərin yarıdan çoxu etnik bəluc azlığının nümayəndələridir.

Mart ayında Amnesty International təşkilati İranı edamlardan etnik azlıqlara qarşı “repressiya aləti” kimi istifadə etməkdə ittiham edib.

Ötən həftə bəlucların sünni lideri Mövləvi Abdul Həmid İslam Respublikasını ölüm cəzasını “sənətə” çevirməkdə ittiham etmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG