Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 23:28

İran Bəsrədəki konsulluğunu bərpa edir


İranın Bəsrədəki yeni konsulluğunun açılışı olub
İranın Bəsrədəki yeni konsulluğunun açılışı olub

İranın İraqdakı səfiri Bəsrə şəhərində öz ölkəsinin yeni konsulluğunu açıb. Bundan dörd gün əvvəl etirazçılar İran konsulluğunu yandırmışdılar.

Səfir Iraj Masjedi sentyabrın 11-də keçirilmiş açılış mərasinmində deyib:

"Mən bura Bəsrədəki İran konsulluğunun yeni binasının açılışı üçün gəlmişəm…çünki biz Bəsrə xalqına xidmətdə bir günü də itirmək istəmirik”.

Masjedi deyib ki, keçmiş konsulluğun binası sentyabrın 7-də etirazçılar tərəfindən yandırılaraq “külə döndərilib”.

Bu hadisə baş verəndə konsulluğun əməkdaşları orada deyildilər.

İraq hökuməti konsulluq binasının yandırılması ilə bağlı rəsmi təhqiqata başlayıb.

Hər il olduğu kimi bu il də məhərrəm ayında bir çox iranlı İraqda müsəlman şiələrin müqəddəs saydıqları ocaqları ziyarət edəcək.

XS
SM
MD
LG