Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:18

Tehranda avtobus sürücüləri etiraz edir


Tehranın meri Əlirza Zakani mayın 16-da tətil edən sürücülərlə görüşüb
Tehranın meri Əlirza Zakani mayın 16-da tətil edən sürücülərlə görüşüb

Şəhər hakimiyyəti mayın 17-də elan edib ki, yüksək çirklənmə səbəbindən məktəbləri və hökumət idarələrini bağlayır

Tehran hakimiyyəti avtobus sürücülərinin tətilini dayandırmağa çalışır. İran paytaxtında nəqliyyatı iflic etmiş tətilin hökumətə qarşı etirazlarla birləşmək təhdidi isə klerik rejimi narahat edir.

Tehran Avtobus Şirkətinin avtobus sürücüləri və digər işçiləri mayın 16-dan tətilə başlayıblar. Şəhər hakimiyyəti polis avtobuslarından və İslam Keşikçiləri Korpusunun sürücülərindən istifadə etməyə vadar olub.

Mayın 18-də yürüşlərin olub-olmadığı bəlli deyil. AzadlıqRadiosu-nun fars xidməti – Radio Fərda yazır ki, avtobus sürücüləri tələbləri yerinə yetirilməyincə etirazları davam etdirəcəklərini deyirlər. Hökumətin maaş artımı vədinə əməl etməməsi, üstəlik, həmkarlar birliyinin və 12 tətilçinin saxlanması sürücülərin səbir kasasını doldurub.

İranda etirazlar davam edir
Gözlə

No media source currently available

0:00 0:02:46 0:00

Maaş cəmi 10 faiz artırılıb

Sürücülərə 40 faizlik maaş artımı vəd olunsa da, cəmi 10 faiz artırılıb. İndi onlar 57 faizlik artım, Rza Şahibinin buraxılmasını tələb edirlər. O, hakimiyyəti özünə və ailəsinə qarşı ölüm hədələrini araşdırmağa çağırandan sonra, mayın 10-da evində Kəşfiyyat Nazirliyi əməkdaşları tərəfindən saxlanıb.

Mayın 17-də dövlət televiziyasının yaydığı məlumata görə, Şahibi və digər əmək fəalları iki Fransa vətəndaşı – 37 yaşlı Sesil Kohler və onun 69 yaşlı partnyoru Jak Parislə görüşüblər. Həmin şəxslər Şahibidən bir gün sonra saxlanaraq İranda iğtişaş yaratmaqda suçlanıblar.

Bu arada təhlükəsizik qüvvələri digər şəhərlərdə artan inflyasiyaya, hökumətin bəzi subsidiyaları kəsməsinə etiraz edənlərə qarşı güc işlədir. Azı beş nümayişçinin öldürülməsi xəbərləri gəlir.

Sürücülərin tətili ölkədə iqtisadi vəziyyətə küçə etirazlarından ayrı keçirilir. Etirazçılar bəzən dini rejimi devirməyə çağırırlar.

Tətil böyüyə bilər

Müşahidəçilərin fikrincə, Tehran bu iki etirazın birləşməsini önləməyə çalışır. Şəhər hakimiyyəti mayın 17-də elan edib ki, yüksək çirklənmə səbəbindən məktəbləri və hökumət idarələrini bağlayır.

“Tətil hökuməti real çətinlik qarşısında qoyub. Hökumətin hava çirklənməsini əsas gətirərək məktəbləri və idarələri bağlamasına baxmayaraq, tətil şəhərdə nəqliyyat bərk təsir göstərib”, – əmək fəalı Peyman Şacirəti Radio Fərda-ya deyib.

İrandan kənarda yaşayan fəal deyir ki, tətil metroya və şəhərdəki digər nəqliyyat vasitələrinə keçə, digər işçilər etiraza qoşula bilərlər.

Tehranın meri Əlirza Zakani mayın 17-də Tehran Avtobus Şirkətinin mərkəzinin qərargahına gedib. Etirazçılar onu şüarlarla qarşılayıb, meri səriştəsiz adlandırıb, onun və sindikat direktorunun istefasını tələb ediblər.

Zakaninin ofsi etiraz liderlərilə müzakirələrin “nəticəsiz” qaldığını bildirib.

Bahalanmaya etirazlar

Ötən həftə cənub-qərbi Xuzestan vilayətində başlanmış antihökümət etirazlarında isə sərt-xətt tərəfdarı prezident İbrahim Rəisinin, Ali dini lider Ayətulla Əli Xameneyinin istefası tələb olunur.

Hökumətin bəzi əsas ərzaq məhsullarına subsidiyaları ləğv etməsinə qiymətlərin sürətlə qalxması etirazları alovlandırıb. Ölkədə inflyasiya onsuz da 40 faizdir, işsizlik artır, bitki yağı, dərman qıtlığı yaşanır.

Xameneyi martın 20-də Novruz çıxışında iranlıların “yoxsulluq, qiymət artımı, inflyasiya” ilə üzləşdiyini, bu problemləri tezliklə həll etməyin “mümkün olmadığını” deyirdi.

Üstəlik, hökumətin idxal olunan buğdaya subsidiyaları dayandırmasından sonra hətta klerik rejimin sərt tərəfdarları belə mümkün iğtişaşlarla bağlı xəbərdarlıq edirdi.

Çağırışlar

Hökumətin qərbi Çaharmahal və Bəxtiyari əyalətinin paytaxtı Şəhrikürddə interneti kəsdiyi xəbər verilir. Məhz bu əyalətdə beş etirazçının öldürüldüyü iddia olunur. Digər əyalətlərdə fəalların evlərinə reydlər keçirildiyi, onların döyüldüyü, nümayişçilərin saxlandığı bildirilir.

İnsan haqları təşkilatları, xarici ölkələr, o cümlədən Birləşmiş Ştatlar etirazçılara qarşı zorakılığı pisləyib, iranlıların dinc toplaşma hüququna dəstək bildirib.

Mayın 17-də isə 500-dən artıq tanınmış iranlı ictimai və siyasi fəal bəyanat verərək aparıcı rəsmiləri “problemlərin, xüsusilə inflyasinın önlənməsi gecikməmiş düşünməyə” çağırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG