Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Avropa və İran nüvə sazişini xilas etmək üçün danışıqları davam etdirəcəklər


İran və Avropanın xarici işlər nazirləri iyulun 6-da görüşüblər
İran və Avropanın xarici işlər nazirləri iyulun 6-da görüşüblər

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini deyib ki, İran və dünya gücləri 2015-ci ilin nüvə sazişini xilas etmək məqsədilə danışıqları davam etdirmək barədə razlaşma əldə ediblər.

Nüvə sazişinə imza atan ölkələr – Britaniya, Fransa, Almaniya, Çin və Rusiya və İranın xarici işlər nazirləri iyulun 6-da Vyanada görüşüblər. Bu, prezident Donald Trump ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxardıqdan bəri nüvə sazişi tərəflərinin ilk görüşü idi.

Bu görüşün sonunda çıxış edən Federica Mogherini deyib ki, sazişdə qalan ölkələr onun qorunub saxlanması üçün danışıqları davam etdirəcəklər.

Bundan əvvəl İranın xarici işlər naziri Mohammad Javad Zarif demişdi ki, o, Vyanaya “şüarları deyil, praktik təklifləri” dinləməyə gəlib.

Danışıqlardan əvvəl İran prezidenti Hassan Rohani Fransa və Almaniya liderlərinə deyib ki, Tehranı ABŞ sanksiyalarının təsirindən qorumalı olan tədbirlər paketi kafi sayıla bilməz.

O Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkellə telefon söhbəti edib.

Rohani təəssüflə bildirib ki, Avropa liderlərinin təkliflərində hərəkət planı yoxdur və bu təkliflər Avropa İttifaqının bundan əvvəlki bəyanatlarından fərqlənmir.

İyulun 6-da çıxış edən Fransa xarici işlər naziri Jean-Yves Le Drian deyib ki, o Avropa ölkələrinin noyabrın 4-dək İrana nüvə sazişini xilas edəcək iqtisadi paket təqdim edəcəyinə inanmır. O Tehrana nüvə sazişindən çıxa biləcəyi ilə hədələməməyi məsləhət görüb.

Fransa naziri bildirib ki, təkcə Avropa ölkələri yox, həm də Rusiya və Çin ABŞ-ın İrana qarşı mümkün sanksiyalarını önləmək üçün çıxış yolları axtarır.

Trump ABŞ-ı nüvə sazişindən çıxardıqdan sonra, İran üzərinə sanksiyaların noyabrın 4-dən bərpa olunacağı gözlənir.

Almaniyanın xarici işlər naziri Heiko Maas iyulun 6-da deyib ki, dünya gücləri yeni ABŞ sanksiyalarının gözləntisinə görə İranı tərk edən şirkətlərə tam kompensasiya ödəyə bilməyəcəklər.

2015-ci il sazişini imzalamış Avropa ölkələri, Rusiya və Çin razılaşmaya sadiq qalacaqlarını elan etsələr də, xarici şirkətlər ABŞ,İran üzərinə yeni sanksiyalar qoymadan bu ölkədən çıxmağa tələsirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG