Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:06

Avropa İttifaqı İrana yeni sanksiyalar qoymadı


Avropa xarici işlər komissarı Federica Mogherini aprelin 16-da jurnalistlərin suallarına cavab verir
Avropa xarici işlər komissarı Federica Mogherini aprelin 16-da jurnalistlərin suallarına cavab verir

Lüksemburqda keçirilən görüşdə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri 2015-ci il nüvə sazişini güclü şəkildə dəstəkləyiblər və Suriya münaqişəsindəki roluna görə Tehran üzərinə təklif olunan yeni sanksiyaları rədd ediblər.

Aİ xarici işlər komissarı Federica Mogherini aprelin 16-da bildirib ki, İrana qarşı yeni tədbirlərə dair “indiki vaxtda konsensus yoxdur”.

O əlavə edib ki, İranın Suriya münaqişəsindəki rolu məsələsi “qarşıdan gələn günlər və ya həftələrdə” müzakirə oluna bilər.

Aİ-nin üzvü olan 28 ölkə nazirlərinin iştirakı ilə keçirilən görüşdə Britaniya, Fransa və Almaniya İranın Suriya prezidenti Bashar al-Assad-a dəstəyinə görə Tehran üzərindəki sanksiyaların genişləndirilməsini təklif edirdilər.

Almaniyanın xarici işlər naziri Heiko Maas bu görüşdə deyib ki, “biz İranın Suriyada oynadığı roldan narazıyıq və məhz buna görə də mən, fransız həmkarım, bir də britaniyalı həmkarın sanskiyalar məsələsini qaldırırıq”.

ABŞ prezidenti Donald Trump ondan əvvəlki prezident Obama-nın vaxtında imzalanmış sazişdəki “dəhşətli qüsurların” aradan qaldırılması üçün mayın 12-dək vaxt verib.

Trump Tehranı dünyanın altı gücü ilə imzaladığı nüvə sazişinin “ruhunu” pozmaqda ittiham edir.

O Tehranın nüvə və raket proqramlarına yeni məhdudiyyətlərin qoyulmasını istəyir.

Lakin iclasın yekununda Mogherini deyib: “Bir məsələ hamımız üçün aydındır. Biz İranla nüvə sazişini saxlamaq istəyirik…”

Bununla yanaşı Mogherini deyib ki, Avropa İttifaqı İranın regiondakı fəaliyyətinə “son dərəcə ciddi baxır və məhz buna görə də bu ölkənin davranışı ilə bağlı bəzi sanksiyalar hələ də qüvvədədir”.

Ötən həftə Avropa İttifaqı “ciddi insan haqları pozuntuları” ilə əlaqədar İranın üzərindəki sanksiyaları daha bir il müddətinə uzadıb.

Sözü gedən sanksiyalar 2011-ci ildə qəbul edilib və İranın 82 fərdini və bir şirkətini hədəfləyir.

Bu sanksiyalar habelə İrana ölkə daxilində repressiyalarda istifadə oluna biləcək monitorinq texnologiyalarının satışını qadağan edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG