Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:58

İran deyir ki, Avropa ilə biznes mexanizmi ‘tezliklə’ işə düşəcək


Iran bazarlarından birində
Iran bazarlarından birində

İran ümid etdiyini bildirib ki, xarici şirkətlərin Tehranla əməkdaşlıq etməsinə imkan verən ticarət mexanizmi iki həftəyə işə düşəcək.

İran xarici işlər nazirinin müavini Abbas Araghchi Vyanada müxbirlərə deyib ki, bu, İran təqvimi ilə könhə ilin sonunda, yəni martın 20-də baş verməlidir.

Almaniya, Fransa və Britaniya INSTEX adlı mexanizm yaradıblar. Bu sxem ABŞ sanksiyalarını pozmadan İrana maliyyə axınını təmin etməlidir.

Avropanın aparıcı ölkələri bu mexanizmin köməyi ilə 2015-ci il nüvə sazişini qoruyub saxlamağa çalışır.

Xüsusi məqsədli mexanizm adlanan bu sxem legitim biznes maraqları olan Avropa şirkətlərinə İranla ticarətdə barter üsulundan istifadə imkanı verəcək.

Mexanizm İranın ABŞ sanksiyalarının hədəfləmədiyi sektorlara hesablanıb və əvvəlcə “İran əhalisi üçün son dərəcə mühüm sahələrə - əczaçılığa, tibb ləvazimatına və kənd təsərrüfatı məhsullarına” şamil olunacaq.

Üç Avropa müttəfiqi, habelə, İranla 2015-ci il nüvə sazişini imzalamış Rusiya və Çin bu razılaşmanın sıradan çıxmasını istəmirlər.

Donald Trump ötən ilin mayında ölkəsini bu razılaşamadan çıxardığını elan edib.

Avropa İttifaqı, açımı Ticari Mübadiləyə Dəstək Aləti (Instrument In Support of Trade Exchanges ) olan INSTEX mexanizmini dəstəkləyib.

Bu tədbir Avropa İttifaqı şirkətlərini ABŞ-ın məhkəmə hərəkətindən mühafizə etməli və onlara sanksiyalarla bağlı çəkdikləri maliyyə ziyanını ləğv etmək imkanı verməlidir.

ABŞ bu mexanizmi kəskin tənqid edib. Vise-prezident Mike Pence isə deyib ki, “Avropa partnyorlarının qatil inqilabı rejimə qarşı ABŞ sanksiyalarına əngəl törətmələrinə son qoymalarının vaxtıdır”.

Araghchi deyib ki, indi İranın bu mexanizmin necə işləyəcəyinə dair anlayışı var və proqramın meneceri “çox tezliklə” müzakirələr üçün Tehrana gələcək.

O əlavə edib ki, İran sxemin “necə işlədiyini və Avropa ölkələri ilə Tehran arasında ödənişləri həyata keçirməsinin reallığını” mexanizm yalnız tam gücü ilə işə düşdükdən sonra qiymətləndirə biləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG