Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:28

Avropa İranla bağlı maliyyə mexanizimini işə salır


SPV mexanizmi
SPV mexanizmi

Almaniya, Fransa və Britaniya İrana maliyyə axınına imkan verəcək mexanizimi işə salacaq. Bu mexanizimin ABŞ sanksiyalarını pozmayacağı, 2015-ci il nüvə sazişini qüvvədə saxlayacağı bildirilir.

Xüsusi təyinatlı şirkət (SPV) adlanan mexanizmin yanvarın 31-dən qüvvəyə minəcəyi bildirilir. O, qanuni biznes maraqları olan Avropa şirkətlərinin İranla biznesi davam etdirməkdən ötrü barter texnikasından istifadəsinə imkan verəcək.

Plan uzun müddət idi hazırlanma mərhələsində idi. Amma Almaniyanın dpa xəbər agentliyi yanvarın 30-da yazıb ki, artıq mexanizm rəsmən işə salınmağa hazırdır, ABŞ sanksiyalarının hədəfləmədiyi sahələrə fokuslanacaq.

“The Wall Street Journal” qəzetinin yazmasına görə, üç ölkə ödəniş kanallarını idarə edəcək SVP-nin qeydiyyat prosesinə başlayıblar. Bu kanallar Avropa və İran şirkətləri arasında mal barterinə imkan verəcək, birbaşa maliyyə tranzaksiyalarına ehtiyac qalmayacaq.

Sazişə Birləşmiş Ştatlar, Rusiya və Çinlə birgə imza atmış Almaniya, Fransa və Britaniya sənədi qüvvədə saxlamağa çalışırlar. ABŞ Prezidenti Donald Trump mayda elan edib ki, nüvə sazişindən çıxır və Tehrana sanksiyalar bərpa olunur.

Heiko Maas
Heiko Maas

Rəsmilərin bildirməsinə görə, AB SPV-ni dəstəkləsə də, onda birbaşa iştirak etmir. Mexanizmin məqsədi Avropa şirkətlərini ABŞ məhkəmələrindən qorumaq, onların sanksiyalardan dolayı maliyyə ziyanını kompensasiya etməsinə şərait yaratmaqdır.

“İRANIN NÜVƏ SAZİŞİNDƏN ÇIXMASINI İSTƏMİRİK”

Üç ölkə İranla danışıqlardan sonra, noyabrdan SVP üzərində işləyir, buna qatılan şirkətləri ABŞ sanksiyalarının riskindən maksimum sığortalamağa çalışır.

Almaniyanın Xarici işlər naziri Heiko Maas yanvarın 28-də dedi ki, “planımızı həyata keçirməyə yaxınıq”.

“İranın nüvə sazişindən çıxmasını, yenidən uran zənginləşdirməyə başlamasını istəmirik”, – Maas söyləyib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) Tehranın hələ də nüvə sazişinin şərtlərinə əməl etdiyini bildirir.

Amma İran ballistik raketlərin sınağını davam etdirir. Vaşinqton və Avropa bu rakelərin sonucda nüvə silahları ilə təchiz oluna biləcəyini deyirlər.

Tehran isə proqramın sırf müdafiə məqsədli olduğunu bəyan edir.

Avropa İranın ballistik nüvə proqramına dair sərt mövqeyini saxlamaqdadır.

Fransa yanvarın 25-də bildirib ki, raket proqramı üzrə danışıqlarda irəliləyiş olmasa, Tehrana yeni sanksiyalar tətbiq etməyə hazırdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG