Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

İran dialoqa çağırır, ABŞ rədd edir


İran prezidenti Hassan Rohani , 25 iyun, 2019
İran prezidenti Hassan Rohani , 25 iyun, 2019

İran prezidenti bildirib ki, əgər Vaşinqton sanksiyaları ləğv etsə və hədə-qorxunu dayandırsa, onunla danışıqlara hazırdır. Hasan Rohani bunu iyulun 14-də televiziya ilə çıxışında deyib.

Amma ABŞ Dövlət katibi Mike Pompeo bu təklifi rədd edib və deyib ki, o bunu vaxtilə keçmiş prezident Barack Obama ilə keçmiş dövlət katibi John Kerry-də təklif eləmişdi.

Qeyd edək ki, ABŞ 2018-ci ildə İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxaraq ona qarşı sanksiyaları bərpa elədi.

Tehransa buna cavab olaraq uran zənginləşdirilməsi üzərində işi bərpa elədi.

2015-ci ildə İranla həmin sazişi ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin imzalamışdı.

Qalan ölkələr İranla sazişə sadiq qaldıqlarını bəyan eləsələr də İran 3 Avropa ölkəsini ona lazımınca iqtisadi dəstək göstərməməkdə günahlandırır.

Fransa prezidenti Emmanuel Macron, Almaniya kansleri Angela Merkel və britaniyalı nazir David Lidington iyulun 14-də Parisdə bəyanat yayaraq “bütün maraqlı tərəfləri fasilə verməyə və öz hərəkətlərinin mümkün fəsadlarına baxmağa” çağırıblar.

“Hesab edirik ki, artıq məsuliyyətli hərəkət etmək, gərginliyi azaltmaq və dialoqu bərpa etməyin vaxtı çatıb”,bəyanatda deyilir.

Buna da bax:Zarif ABŞ-a, ordan isə Venesuelaya gedir

Qeyd edək ki, son vaxtlar ABŞ-la İran arasındakı münasibətlər daha da gərginləşib.

ABŞ hakimiyyəti İranı nüvə sazişinin şərtlərini pozmaqda və beynəlxalq terrorçuluğu dəstəkləməkdə ittiham edir.

ABŞ həmçinin hesab edir ki, bu günlərdə Fars körfəzi regionunda neft tankerlərinə edilmiş hücumların arxasında İran durur.

Tehran ittihamları rədd edir.

İranla imzalanmış nüvə sazişindəTehranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı sanksiyaların ləğvi nəzərdə tutulurdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG