Keçid linkləri

Təcili xəbərlər
2019, 19 İyul, Cümə, Bakı vaxtı 05:59

Zarif ABŞ-a, ordan isə Venesuelaya gedir


İranın xarici işlər naziri Javad Zarif, 13 fevral, 2019

İranın xarici işlər naziri Javad ZarifBMT-nin tədbirinə qatılmaq üçün Nyu-Yorka gedir.

Səfər, İranla ABŞ arasında münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edir.

Bu barədə AzadlıqRadiosu iyulun 14-də Reuters, İRNA və digər informasiya agentliklərinə istinadla məlumat verir.

İran xarici işlər nazirliyinin nümayəndəsi Abbas Musavi iyulun 13-də bildirib ki, Zarif BMT-nin İqtisadi və Sosial Şurasının illik sesiyasında iştirak edəcək.

Musavinin sözlərinə görə, xarici işlər naziri BMT-nin tədbirindən sonra Venesuelaya yollanacaq və orda “Qoşulmama hərəkatı”na daxil olan həmkarları ilə görüşəcək.

Zarif həmçinin Venesuela hokumətinin liderləri ilə ikitərəfli görüşlər keçirməyi, bundan sonra isə Nikaraqua və Boliviyaya yollanmağı planlaşdırır.

Qeyd edək ki, Venesuala hazırda siyasi böhran dövrünü daşıyır.

İran, Rusiya, Çin və Kuba kimi ölkələr bu böhranda Venesuela hakimiyyətinin-ABŞ, Avropa Birliyi və təxminən 50 ölkə isə müxalifətin tərəfini saxlayırlar.

Son vaxtlar ABŞ-la İran arasında münasibətlər daha da kəskinləşib.

ABŞ prezidenti Donald Trump 2018-ci ilin mayında İranla nüvə sazişindən çıxaraq ona qarşı sanksiyaları bərpa etdi və sonradan onları daha da kəskinləşdirdi.

ABŞ hakimiyyəti İranı sazişin şərtlərini pozmaqda və beynəlxalq terrorçuluğu dəstəkləməkdə ittiham edir.

ABŞ həmçinin hesab edir ki, bu günlərdə Fars körfəzi regionunda neft tankerlərinə edilmiş hücumların arxasında İran durur.

Tehran ittihamları rədd edir.

Omanda neft tankerinə hücum,13 iyun, 2019

Buna da bax:İran Britaniya tankerini tutmaqla hədələyir

Amma bu sazişə imza atan Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və Çin, ona sadiq qalacaqlarını vəd etmişdilər.

İranla imzalanmış nüvə sazişindəTehranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı sanksiyaların ləğvi nəzərdə tutulurdu.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG