Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 05:19

İran ABŞ-a: 'Arzunuz qəbirə gedəcək'


Hassan Rouhani

Avqustun 29-da İran prezidenti Hassan Rouhani Birləşmiş Ştatların tələbini rədd edib. Vaşinqton BMT-nin nüvə inspektorlarının Tehranın nüvə bazalarına baş çəkməsini istəyir. Digər rəsmilərsə bu fikrin «arzu» olduğunu söyləyib.

Rouhani televiziya çıxışında deyib ki, BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) belə səfərlərə razılaşmaz.

«Bizim IAEA ilə münasibətlərimiz qaydalarla tənzimlənir, Birləşmiş Ştatlar tərəfindən deyil. Agentliyin təftişlə bağlı xahişi qəbul edəcəyini düşünmürəm. Hətta razılaşalar belə, biz razılaşmarıq», – o deyib.

MACRON DA SAZİŞİ DƏSTƏKLƏYİB

Rouhani-nin sözlərinə görə, Birləşmiş Ştatlar Tehranın dünya ölkələriylə 2015-ci il nüvə razılaşmasından çıxmağa cəhd edərsə, müttəfiqləri ona güclü dəstək verməz.

«Avropa Birliyinin üzvü və Amerikanın müttəfiqləri olan 28 ölkə aydın şəkildə bu razılaşmaya sadiq olduqlarını bildirirlər», – o söyləyib.

İranlılar «Simorgh» peyk daşıyan raketi önündə foto çəkdirirlər. 2016
İranlılar «Simorgh» peyk daşıyan raketi önündə foto çəkdirirlər. 2016

Fransa prezidenti Emmanuel Macron daha öncə nüvə sazişinə alternativ görmədiyini dilə gətirmişdi.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley ötən həftə agentliyi çağırıb ki, İranın hərbi obyektlərinə girməyə çalışsınlar, bu ölkənin gizli nüvə fəaliyyəti aparmamasından əmin olsunlar.

IAEA Tehranın nüvə fəaliyyətinə məhdudiyyətlərə necə əməl etməsinin monitorinqini aparır. Həmin məhdudiyyətlər nüvə sazişi çərçivəsində, beynəlxalq sanksiyaların qaldırılması əvəzində qoyulub.

«BELƏ SÖZLƏRƏ FİKİR VERMƏYİN»

İran liderlərinin təftişləri dəfələrlə rədd etməsinə baxmayaraq, nüvə razılaşmasında belə bir məsələ nəzərdə tutulub. BMT agentliyi nüvə fəaliyyətinin aparılmasından şübhələnərsə, İranda istənilən sahəyə çıxış istəyə bilər.

Agentlik 2015-ci ildən bəri dəfələrlə Tehranın nüvə qadağalarına əməl etdiyini bildirib.

Ali Akbar Velayati
Ali Akbar Velayati

Rouhani-dən öncə İran hökumətinin sözçüsü Mohammad Baqer Nobakht Tehranda mətbuat konfransında deyib ki, İranın hərbi əraziləri barədə bütün informasiya məxfidir.

«İran belə səfərlərə heç vaxt icazə verməz. Belə sözlərə fikir verməyin, sadəcə xəyaldır», – o deyib.

Ali dini lider Ali Khamenei-nin baş müşaviri də bu fikri rədd edib.

«Amerikalılar hərbi və həssas ərazilərimizə baş çəkmək arzularını qəbirlərinə aparacaqlar... Bu, heç vaxt baş verməyəcək», – Ali Akbar Velayati vurğulayıb.

İran hərbi obyektlərinə beynəlxalq çıxışı həmişə rədd edib. Ancaq nüvə sazişi çərçivəsində müfəttişlər bir dəfə Parçin hərbi kompleksində olublar. Qərbin kəşfiyyat xidməti Tehranın 10 il öncə burada nüvə silahı hazırlamağa yönəlik işlər gördüyünə inanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG