Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Pentaqon: İranın raket zərbələrində 34 ABŞ hərbçisi beyin zədəsi alıb


İraqdakı Ayn əl-Asad bazası İranın raket zərbələrindən sonra
İraqdakı Ayn əl-Asad bazası İranın raket zərbələrindən sonra

Vaşinqton bildirir ki, İranın bu ayın əvvəllərində İraqdakı hərbi bazaya raket zərbələri endirməsindən sonra 34 ABŞ hərbçisinə müxtəlif beyin zədəsi diaqnozları qoyulub.

Bunların yarısı İraqdakı hərbi xidmətinə qayıdıb, lakin 17 hərbçi hələ də tibbi müşahidə altındadır.

Bu məlumatı yanvarın 24-də Pentaqonun sözçüsü Jonathan Hoffman müxbirlərə bildirib.

ABŞ rəsmiləri bundan əvvəl demişdilər ki, İraqın qərbindəki Ayn əl-Asad hərbi bazasına İranın hücumu zamanı heç bir amerikalı əsgər xəsarət almayıb.

Lakin ABŞ hərbiyyəsi ötən həftə etiraf etmişdi ki, 11 ABŞ əsgəri hücum nəticəsində beyin silkələnməsinə məruz qalıb.

Yanvarın 8-də İran İraqda ABŞ hərbçilərinin də yerləşdiyi Ayn əl-Asad və başqa bir bazaya ballistik raket zərbələri endirmişdi.

Tehran bildirmişdi ki, bu zərbələr yanvarın 3-də İran generalı Qasem Soleimani-nin ABŞ-ın dron zərbəsi ilə öldürülməsinə cavabdır.

Bu da xəbər verilir ki, hücum zamanı Ayn əl-Asad bazasında 1500 Amerika əsgəri vardı.

Onların əksəriyyəti raket hücumu həyəcanının ardınca bunkerlərə sığınmışdı.

Hoffman deyib ki, bundan əvvəl müalicə üçün Almaniyaya göndərilmiş 8 hərbçi yanvarın 24-də ABŞ-a qayıdıb.

Söçzü bildirib ki, daha doqquz hərbçi müayinə və müalicə üçün Almaniyaya göndərilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG