Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:51

Trump: İranın raket hücumunda heç bir Amerika əsgəri ölməyib


U.S. -- U.S. President Donald Trump delivers a statement about Iran flanked by U.S. Secretary of Defense Mark Esper, Vice President Mike Pence and military leaders in the Grand Foyer at the White House in Washington, January 8, 2020
U.S. -- U.S. President Donald Trump delivers a statement about Iran flanked by U.S. Secretary of Defense Mark Esper, Vice President Mike Pence and military leaders in the Grand Foyer at the White House in Washington, January 8, 2020

ABŞ prezidenti Donald Trump yanvarın 7-də İraqda ABŞ qüvvələrinin yerləşdiyi iki hərbi bazaya İran tərəfindən raket zərbələri endirilməsi ilə bağlı bəyanat verib.

O yanvarın 8-də Vaşinqtonda keçirilən brifinqdə deyib ki, “ötən gecə baş vermiş hücumda Amerika əsgərlərindən və ya İraq hərbçilərindən heç kəs ölməyib və Amerika xalqı bundan məmnun olmalıdır”.

Prezident bildirib ki, bu, erkən xəbərdarlıq sisteminin dəqiq işləməsi sayəsində mümkün olub.

Donald Trump deyib ki, İran nüvə silahı əldə etməyə hazırlaşır və ABŞ buna heç bir vəchlə yol verməməlidir.

ABŞ prezidenti habelə deyib:

"Bizim möhtəşəm Amerika qüvvələrimiz hər şeyə hazırdır. Belə görünür ki, İran özünü yığışdırıb”.

Trump bildirib ki, İranın “terror və qətllər kampaniyasına” dözümlülük göstərilməyəcək.

"ABŞ-a "çox sağ ol" demək əvəzinə onlar "Amerikaya ölüm" qışqırırıdılar

Donald Trump deyib ki, dünya ölkələri çox uzun müddətdə, “daha dəqiq deyilərsə, 1979-cu ildən bəri İranın Yaxın Şərqdəki dağıdıcı və pozucu davranışlarına dözümlülük göstəriblər, lakin o günlər artıq geridə qalıb”.

ABŞ prezidenti İran generalı Qasem Soleimani-nin öldürülməsi məsələsinə də toxunub:

“Mənim əmrimlə Birləşmiş Ştatların hərbiyyəsi dünyanın baş terrorçusu Qasem Soleimani-ni məhv edib.O Hizbullah da daxil terrorçu orduları təlimləndirir, mülki hədəflərə terrorçu hücumlar edirdi. Soleimani İraqdakı ABŞ hərbi heyətinə qarşı hücumlar təşkil edirdi. Bu hücumlardan biri zamanı dörd hərbi xidmətçi ağır yaralanıb, bir amerikalı isə öldürülüb. O ABŞ-ın Bağdaddakı səfirliyi üzərinə hücumu təşkil edib. O son günlərdə ABŞ hədəflərinə yeni hücumlar planlaşdırırdı, lakin biz onu dayandırdıq. Soleimani-nin əlləri həm amerikalıların, həm də iranlıların qanına bulaşmışdı”.

Donald Trump İranla dünya gücləri, o cümlədən ABŞ arasında imzalanmış nüvə sazişi məsələsinə də toxunub. O deyib ki, İranın düşmənçiliyi sözü gedən sazişin imzalanmasından sonra daha da artıb:

“…Onlara 150 milyard dollar verilib, mən hələ nəqd verilən 1, 8 milyardı demirəm. Onlar Birləşmiş Ştatlara “çox sağ ol” demək əvəzinə, sazişin imzalandığı gün “Amerikaya ölüm” qışqırırdılar”.

Trump çıxışında özündən əvvəlki ABŞ administrasiyasının İran siyasətini tənqid edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG